Arayik və digərləri yenidən MƏHKƏMƏ QARŞISINDA - FOTO

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 7-də davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
 

Məhkəmə prosesində dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən əvvəlcə təqsirləndirilən şəxs David Babayana suallar ünvanlanıb.


Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən təqsirləndirilən şəxs Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazisində yaradılmış qondarma qurumda müxtəlif “məsul vəzifələr” tutduğunu, o cümlədən “prezidentin müşaviri”, “xarici işlər naziri” olduğunu təsdiqləyib.

D.Babayan bildirib ki, Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində yaradılmış qondarma qurumun “xarici işlər naziri” olarkən xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedib.

O, xarici səfərlərə Ermənistan pasportu ilə getdiyini qeyd edərək deyib: “Müəyyən şəxslərdə (qondarma rejimin “vəzifəli” şəxsləri nəzərdə tutulur – red.) diplomatik pasport da var idi. Sadə “pasportlarımız” kimi, “diplomatik pasportlarımız” da Ermənistanın idi”.

Onun sözlərinə görə, həmin səfərlər barədə Ermənistan Xarici İşlər Nazirliyinə məlumat verilib.

Bundan başqa, David Babayan qondarma rejimin xarici ölkələrdə “nümayəndəlikləri”nin olub-olmamasına dair suallara “Bizim böyük erməni icmaları yaşayan ölkələrdə “nümayəndəliklərimiz” var idi” cavabını verib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavab olaraq D.Babayan etiraf edib ki, vaxtilə Ermənistanın işğalı altında olan suveren ərazilərimizdə məskunlaşmış erməni sakinlərin Azərbaycana inteqrasiyasına qarşı olub. O deyib ki, “inteqrasiya mümkünsüz idi”.

Sonra Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin şöbə rəisi Nəsir Bayramov David Babayanın vaxtilə mediaya müsahibəsini xatırladıb. Müsahibədə təqsirləndirilən şəxs o zaman işğal altında olan ərazilərdə yaşayan erməni sakinlərin Azərbaycana inteqrasiyasına qarşı olduğunu, azərbaycanlılarla ermənilərin birgə yaşayışının mümkünsüzlüyünü qeyd edib.

Dövlət ittihamını müdafiə edən prokurorun müsahibədəki fikirlərlə bağlı suallarına cavabında D.Babayan azərbaycanlılarla ermənilərin birgəyaşayışın perspektivini görmədiyini, inteqrasiyasının mümkünsüz olduğunu deyib. Bildirib ki, təqsirləndirilən digər şəxslər – Arayik Harutyunyan, Ruben Vardanyan, habelə qondarma rejimin başqa “vəzifəli” şəxsləri də inteqrasiyanın əleyhinə olublar.
 

Heç bir “vəzifəli” şəxs belə bir inteqrasiyanın perspektivini görmürdü”, - deyə o vurğulayıb.


D.Babayan Ruben Vardanyanla münasibətlərinə dair ünvanlanmış suallara cavab olaraq sonuncunu 2007-2008-ci illərdən tanıdığını, sonralar işgüzar münasibətlərinin yaranmasını və Ruben Vardanyanın erməni diasporunun mühüm şəxslərindən bir olduğunu qeyd edib.

Təqsirləndirilən şəxs bildirib ki, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qondarma rejimin “qurumları”nın veb-saytları Ermənistan Respublikasının “.am” domeni ilə qeydiyyata alınıb.

O, həmin veb-saytların təhlükəsizliyinin təmin edilməsi ilə Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində yaşayan erməni sakinlərin məşğul olduqlarını, yəni, onların Ermənistan Respublikasına aid saytlara müdaxilə etmək hüququnun olduğunu deyib.

Bundan sonra D.Babayan müdafiə tərəfinin və zərərçəkənlərin vəkillərinin suallarını cavablandırıb.

Daha sonra dövlət ittihamçısı Təranə Məmmədova təqsirləndirilən şəxs Madat Babayana suallar ünvanlayıb. O, suallara cavabında 1990-cı illərdə Ağdərədə xidmət etdiyini və postda dayandığını bildirərək deyib: “Bizim dəstənin rəhbəri Tarmazen Henrik idi. Biz ona tabe olmuşuq”.

O, Azərbaycan hərbçiləri tərəfindən saxlanılarkən üzərində silah olduğunu da söyləyib.

Sonra təqsirləndirilən şəxs Qarik Martirosyana dövlət ittihamçısı Vüsal Abdullayev tərəfindən suallar ünvanlanıb. Təqsirləndirilən şəxs suallara cavabında Ermənistan ordusunun tərkibinə 1993-cü ildə keçdiyini, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində - Əsgəran rayonunun Ağbulaq və Ağdam rayonunun Sarıcalı kəndində döyüşlərə qoşulduğunu vurğulayaraq bildirib: “Qoşulduğum silahlı dəstə “Əsgəran alayı” adlandırılırdı, komandiri Vitali Balasanyan idi”.

Bundan başqa, təqsirləndirilən şəxs 1993-cü ildə əsasən Ağdam və Ağdərə istiqamətlərində Ermənistan ordusunun tərkibində döyüşlərdə atıcı kimi iştirak etdiyini, qondarma rejimin “prezidenti” tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunduğunu söyləyib.

O, dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında 44 günlük müharibə zamanı Əsgəranda döyüşlərdə olduğunu və kənd ətrafında qurulmuş postlarda dayandığını bildirib.

Təqsirləndirilən şəxs əlindəki “Kalaşnikov” markalı avtomatdan Azərbaycan hərbçilərinin mövqeləri istiqamətində atəş açdığını da etiraf edib.
 

Məhkəmənin növbəti iclası aprelin 10-na təyin olunub. Növbəti proses təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.


Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.






































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda prospektdə avtomobil YANDI - FOTO/VİDEO

Bakıda prospektdə avtomobil YANDI - FOTO/VİDEO

Toya uşaq gətirilsinmi? – DEPUTATDAN AÇIQLAMA

Toya uşaq gətirilsinmi? – DEPUTATDAN AÇIQLAMA

Azərbaycan vətəndaşları bu il ən çox hansı ölkələrə səfər edib? - STATİSTİKA

Azərbaycan vətəndaşları bu il ən çox hansı ölkələrə səfər edib? - STATİSTİKA

Pirallahının icra başçısı əməkdaşları imtahan edib, zəif nəticə göstərənləri işdən ÇIXARIR? – RƏSMİ AÇIQLAMA

Pirallahının icra başçısı əməkdaşları imtahan edib, zəif nəticə göstərənləri işdən ÇIXARIR? – RƏSMİ AÇIQLAMA

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatdı - FOTO

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatdı - FOTO

Bakıda bəzi avtobuslar hərəkət sxemini niyə pozur?

Bakıda bəzi avtobuslar hərəkət sxemini niyə pozur?

Azərbaycana ən çox turist bu ölkələrdən gəlib – SİYAHI

Azərbaycana ən çox turist bu ölkələrdən gəlib – SİYAHI

Xankəndi şəhərinə ilk köç başlayır – Püşkatma keçirildi

Xankəndi şəhərinə ilk köç başlayır – Püşkatma keçirildi

Abşeronda ağır qəza – ÖLƏN VAR

Abşeronda ağır qəza – ÖLƏN VAR

Rusiyada oynayan futbolçumuzu hansı klub transfer etmək istəyir?

Rusiyada oynayan futbolçumuzu hansı klub transfer etmək istəyir?

Vladimir Solovyovu zəhərli pizza ilə öldürmək istəyiblər?

Vladimir Solovyovu zəhərli pizza ilə öldürmək istəyiblər?

Azərbaycanda mülayim hava nə vaxtadək davam edəcək?

Azərbaycanda mülayim hava nə vaxtadək davam edəcək?

İlham Əliyevdən ədliyyə nazirinin müavinləri ilə bağlı SƏRƏNCAM

İlham Əliyevdən ədliyyə nazirinin müavinləri ilə bağlı SƏRƏNCAM

Prezident bu idmançıları MÜKAFATLANDIRDI

Prezident bu idmançıları MÜKAFATLANDIRDI

Arif Rəhimzadədən Bakıda SSRİ bayrağının qaldırılmasına münasibət: “Burada nə var ki?”

Arif Rəhimzadədən Bakıda SSRİ bayrağının qaldırılmasına münasibət: “Burada nə var ki?”

Görüntüləri yayılan qızla bağlı Günay Ağamalıdan AÇIQLAMA – VİDEO

Görüntüləri yayılan qızla bağlı Günay Ağamalıdan AÇIQLAMA – VİDEO

Nazir iki vəzifəli şəxsi İŞDƏN AZAD ETDİ

Nazir iki vəzifəli şəxsi İŞDƏN AZAD ETDİ

Milli Qəhrəman Pəncəli Teymurovun anası Prezidentə məktub göndərdi

Milli Qəhrəman Pəncəli Teymurovun anası Prezidentə məktub göndərdi

72 yaşlı qadının iynədən ölməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

72 yaşlı qadının iynədən ölməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Ömər Eldarov: "Anarın heykəlini hazırlayıram, özü müraciət etdi"

Ömər Eldarov: "Anarın heykəlini hazırlayıram, özü müraciət etdi"

Milli Qəhrəmanın xanımı və qızı Prezidentə məktub yazdı

Milli Qəhrəmanın xanımı və qızı Prezidentə məktub yazdı

Azərbaycanlı müğənnilərin toy qiymətləri: Yarım saatı 10 min... - SİYAHI

Azərbaycanlı müğənnilərin toy qiymətləri: Yarım saatı 10 min... - SİYAHI

U-20 millisini Arif Əsədov çalışdıracaq? - Özündən AÇIQLAMA

U-20 millisini Arif Əsədov çalışdıracaq? - Özündən AÇIQLAMA

Avrasiyanın yeni logistika XƏRİTƏSİ – Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

Avrasiyanın yeni logistika XƏRİTƏSİ – Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

End of content

No more pages to load

RADİO