Rusiyalı siyasətçi, Dövlət Dumasının tənzimləmə və işin təşkili komitəsinin sədr müavini, Rusiya Federasiyası müdafiə naziri Sergey Şoyqunun bacısı Larisa Şoyqu 68 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Dövlət Dumasındakı "Vahid Rusiya" fraksiyasının rəhbəri Sergey Neverov yayıb.
Larisa Şoyqu 21 yanvar 1953-cü ildə anadan olub. 1977-ci ildə Tomsk Tibb İnstitutunu bitirib, sadə həkimdən baş həkimin müalicə işləri üzrə müavininə qədər yüksəlib.
Tuva Respublikası Səhiyyə nazirinin birinci müavini vəzifəsində də çalışıb və 1998-ci ildə Moskvaya köçüb. İlk dəfə 2007-ci ildə Dövlət Dumasına seçilib.
Bizim.Media