“Qaregin Njde Ermənistanın məğlubiyyətini görsəydi ürəyi partlayardı”
Bizim.Media xəbər verir ki, bu fikirləri faşist Qaregin Njdenin nəvəsi aktrisa Qoarina Baxşiyevna Trdatyan-Njde Ermənistan mediasına müsahibəsində deyib.
Qoarina Baxşiyevna bildirib ki, babası Azərbaycanın qələbəsini, Ermənistanın bu günün görsəydi dəli olardı:
“Təhlükə qarşısında qorxu hissimizi itiririk, bir-birimizi sevmirik, davamlı olaraq bir-birimizi tənqid edirik. Njdenin indi anadan olmasını istərdim, onun xalqa anormal sevgisi var idi”-deyə o vurğulayıb.
Bizim.Media