“Paşinyan sülh sazişinə hiylə ilə gedir” - Sergey Markov

“Ermənistan Azərbaycanın sülh sazişinin imzalanması ilə bağlı ciddi ilkin şərtlərini hələ də yerinə yetirməyib. Şərtlər ilk növbədə, Azərbaycan Respublikasına qarşı ərazi iddialarının Ermənistan Konstitusiyasından çıxarılmasıdır. Bu, çox mühüm tələbdir. Paşinyan isə onun üçün çox da əlverişli olmayan qərarlarla, Azərbaycanın məhz bu şərtləri ilə ayaqlarını sürüyür, ümumilikdə isə onlarla razılaşır”.

Bizim.Media xəbər verir ki, bunu yerli KİV-lərə müsahibəsində Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.

Onun sözlərinə görə, bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi Elçin Əmirbəyov bildirib ki, Ermənistan üçün sülh sazişi imzalamaq üçün fürsət pəncərəsi bağlana bilər, sonra da gec ola bilər:

“Əgər Paşinyan uzun müddət Azərbaycanın şərtlərini yerinə yetirməyi gecikdirsə, o zaman İrəvan üçün hər şey İkinci Qarabağ müharibəsində olduğu kimi ola bilər. Paşinyan düzgün istiqamətdə gedir, amma hiylə ilə. Ermənistanın baş naziri bəyan edib ki, Qarabağ millətçi hərəkatının artıq Ermənistanda yeri yoxdur. O, haqlıdır. Onun bu açıqlaması İrəvanın Azərbaycanla sülh sazişi imzalamaq istəyinin bir daha sübutudur.
 

Bəli, Ermənistanın baş naziri Azərbaycanla sülhlə bağlı, Azərbaycanla sülh sazişinin şərtləri ilə bağlı birmənalı olmayan bəyanatlar verir. Amma qorxur, etiraz etmək istəmir, ona görə də kiçik addımlarla, ziqzaqlarla sülhə doğru irəliləyir. Eyni zamanda Qərbin ona kömək edəcəyini gözləyir. Təbii ki, o, üçüncü qüvvələrin sərhəddə yerləşdirilməməsi ilə bağlı sülh sazişinin bəndinə razı olmasına baxmayaraq, təbii ki, Qərbin hərbi bazalarının Ermənistan ərazisində olmasını və Qərbin respublikaya güclü yardım proqramları təqdim etməsini istərdi”.


Atəşkəsi kimlər pozur?

Sergey Markov bu suala belə cavab verib:


“Düşünmürəm ki, Paşinyan atəş əmri verib. Daha doğrusu, sülh müqaviləsinin imzalanmasının yaxınlaşdığını görən revanşist qüvvələr bu imzanı bu yolla pozmaq istəyirlər. Nəzərə alaq ki, Paşinyan bu revanşistləri tam idarə edə bilmir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aysunun geyimi tənqid edildi - VİDEO

Aysunun geyimi tənqid edildi - VİDEO

SON DƏQİQƏ! Oktay Kaynarca saxlanıldı

SON DƏQİQƏ! Oktay Kaynarca saxlanıldı

Azərbaycanda beşdən çox uşağı olan qadınların sayı AÇIQLANDI

Azərbaycanda beşdən çox uşağı olan qadınların sayı AÇIQLANDI

Rusiyanın Ukraynaya "Oreşnik" zərbəsinə ABŞ-dan REAKSİYA

Rusiyanın Ukraynaya "Oreşnik" zərbəsinə ABŞ-dan REAKSİYA

Pensiya alanlara ŞAD XƏBƏR!

Pensiya alanlara ŞAD XƏBƏR!

Ramiz Mehdiyevin yoldaşını Misir Mərdanov ƏVƏZ EDƏCƏK

Ramiz Mehdiyevin yoldaşını Misir Mərdanov ƏVƏZ EDƏCƏK

Rusiyada hindistanlı miqrantlar qarın çoxluğundan “qorxaraq” işdən çıxırlar – VİDEO

Rusiyada hindistanlı miqrantlar qarın çoxluğundan “qorxaraq” işdən çıxırlar – VİDEO

İranda etirazlarda 12 000 nəfər həlak olub – Qırğın əmrini şəxsən Xamenei verib?

İranda etirazlarda 12 000 nəfər həlak olub – Qırğın əmrini şəxsən Xamenei verib?

İlham Əliyev Tərtərdə elektromexanika zavodunun AÇILIŞINDA - FOTO

İlham Əliyev Tərtərdə elektromexanika zavodunun AÇILIŞINDA - FOTO

Gömrükdə ƏMƏLİYYAT: “Kələm” yükündən narkotik aşkarlandı - FOTO

Gömrükdə ƏMƏLİYYAT: “Kələm” yükündən narkotik aşkarlandı - FOTO

Bakıda neçə köhnə avtobusun yenilənməyə ehtiyacı var? – Rəsmi AÇIQLAMA

Bakıda neçə köhnə avtobusun yenilənməyə ehtiyacı var? – Rəsmi AÇIQLAMA

İstanbulda İŞİD-ə qarşı əməliyyat: 8 nəfər tutuldu

İstanbulda İŞİD-ə qarşı əməliyyat: 8 nəfər tutuldu

“Bu il qan ilidir, Seyid Əli devriləcək” – VİDEO

“Bu il qan ilidir, Seyid Əli devriləcək” – VİDEO

Fərqində olmadan edilən bu 10 vərdiş sağlamlığınıza zərər verir! – SİYAHI

Fərqində olmadan edilən bu 10 vərdiş sağlamlığınıza zərər verir! – SİYAHI

Hələbin kürd terrorçularından təmizlənməsi ilə bağlı Ərdoğandan İLK AÇIQLAMA

Hələbin kürd terrorçularından təmizlənməsi ilə bağlı Ərdoğandan İLK AÇIQLAMA

“Qarabağ”ın rəqibi mərhələ adladı - VİDEO

“Qarabağ”ın rəqibi mərhələ adladı - VİDEO

Trampın oğlu atasının Qrenlandiya ilə bağlı planlarını AÇIQLADI

Trampın oğlu atasının Qrenlandiya ilə bağlı planlarını AÇIQLADI

Misir təyyarəsi Ermənistandan keçməklə Azərbaycana gəlib – FOTO

Misir təyyarəsi Ermənistandan keçməklə Azərbaycana gəlib – FOTO

Rusiya hərbçiləri Türkiyə sərhədindən geri ÇƏKİLİR?

Rusiya hərbçiləri Türkiyə sərhədindən geri ÇƏKİLİR?

Azərbaycan vətəndaşları bu ölkədən DEPORTASİYA EDİLDİ

Azərbaycan vətəndaşları bu ölkədən DEPORTASİYA EDİLDİ

“Hələ də sağam!” - Çində populyar tətbiq - FOTO

“Hələ də sağam!” - Çində populyar tətbiq - FOTO

Bakı-Quba yolunda zəncirvari qəza – VİDEO

Bakı-Quba yolunda zəncirvari qəza – VİDEO

İran rialının dəyəri sıfıra düşdü – FOTO

İran rialının dəyəri sıfıra düşdü – FOTO

Ukrayna Rusiyada dron zavoduna ZƏRBƏ ENDİRDİ – VİDEO

Ukrayna Rusiyada dron zavoduna ZƏRBƏ ENDİRDİ – VİDEO

End of content

No more pages to load

RADİO