İranda seçkiyə maraq “ÖLÜB” - Tehran kimi dəstəkləsə,.. 

İranda 18 iyunda baş tutacaq prezident seçkiləri ərəfsində susqunluq müşahidə olunur. 28 maydan etibarən başlayan namizədlərin seçki kampaniyasının əvvəlki seçkilərlə müqayisədə olduqca sönük keçdiyi qeyd olunur. Pandemiya ilə əlaqədar kütləvi mitinqlərin və toplantıların keçirilmədiyi paytaxt Tehranda sadəcə namizədlərin fotoşəkilləri gözə dəyir.

Əhali arasında seçkidə iştirakla bağlı sorğuların nəticələri də çox aşağıdır. Bir çox insan seçkilərdən yeni nələrsə gözləmədiyini qeyd edir. Namizədlikləri qeydə alınmayan bir çox reformist namizəd isə artıq seçkini boykot edəcəklərini elan ediblər.

31 partiya və hərəkatın yer aldığı “Reformist cəbhə”-də seçkilərdə heç bir namizədi dəstəkləməyəcəyini bildirib. Boykot qərarının verilməsində ölkədəki iqtisadi böhran, pandemiya və əhalinin istəksizliyinin yer aldığı qeyd olunur.
 

MÖVZU İLƏ BAĞLI:

İranda seçkilər: “Yeni prezident heç nəyi dəyişməyəcək” – Tofiq Abbasovdan ŞƏRH


Onların fikrincə, seçkilərin nəticələri əvvəlcədən bəllidir və bu şərtlər altında hər hansı müsbət nəticəyə ümid etmək mümkün deyil.

Mühafizəkarların seçki blokunun dəstəklədiyi və prezidentliyə əsas namizəd hesab olunan İbrahim Rəisinin mövqeləri isə olduqca güclüdür. Reformist namizədlər Muhsin Mehralizadə və Əbdülnasir Himməti mühafizəkar namizəd İbrahim Rəisiyə dövlət televiziyasında fövqəladə imkanlar verildiyini, özlərinin çıxış imkanlarının isə məhdudlaşdırdığını qeyd edirlər. 

“Tehran bazarı” kimi dəstəkləyir?

İbrahim Rəisinin əsas seçki kampaniyasını Tehranda apardığı müşahidə olunur. O, paytaxtda ən çox seçki plakatına malik olan şəxsdir. Reformist namizədlərin plakatları isə sadəcə bəzi küçələrdə yer alır.
 

Tehran artıq uzun illərdir ki, İranın siyasi arenasının müəyyən edildiyi yerdir. Bir sıra ekspertlərin fikrincə, Tehranın tarixi və ən işlək bölgəsi hesab olunan “Tehran bazarı”-nın yekun qərarı seçkilərin taleyini həll edəcək amildir.


İranın orta təbəqəsinin və ticarət burjuaziyasının mərkəzləşdiyi “Tehran bazarı” 1979-cu il inqilabından etibarən İranın siyasi xəttini müəyyən edən qeyri-rəsmi məkandır. 

Tehran bazarının İslam inqilabı zamanı ciddi mövqe nümayiş etdirməsi, Xomeyni tərəfdarlarının mütləq qələbə əldə etməsində həlledici rol oynamışdı. Orta təbəqə və ticarət burjuaziyası isə uzun illərdir ki, İranın siyasi sisteminin əsas sütunudur və onların bu gücünə bələd olan namizədlər bütün seçkilərdə məhz Tehran bazarının dəsytəyini əldə etmək üçün cəhd göstəriblər.

Tehran bazarı qeyri-siyasi mahiyyət daşısa da, İranın orta təbəqəsinin, bütövlükdə İranın ümumi mövqeyini ifadə edir. 

Namizədlərin seçki strategiyası

İbrahim Rəisinin seçki kampaniyası ərzində məhz paytaxt Tehranı hədəf alması da bu baxımdan olduqca önəmlidir. İbrahim Rəisi məhkəmə sistemindən gəldiyi üçün seçki kampaniyasında hüquq və qanunların icra olunması, ədalətin bərqərar olunmasına əsas yer verir.

Ədalətin təmin olunmasının cəmiyyətdəki təbəqələşmənin aradan qaldıracağını qeyd edən Rəisi, İranda media və internet azadlığı da vəd edir. Bir çox yöndən İbrahim Rəisinin tezisləri İranın orta təbəqəsinin maraqlarına cavab verir. Ölkədə ədalətin təmin olunması, hüquq və qanunlara əsaslanan məhkəmələrin mövcudluğu, o cümlədən media və internet azadlığı ən çox orta təbəqənin marağındadır.
 

Reformist namizədlərdən Mehralızadə və Himməti isə əsasən etnik azlıqların və “unudulmuş kəsimlər”-ə diqqət ayrılmasını önə çəkir. Digər namizəd Muhsin Rızayi də quracağı hökmətin fərqli etnik qrupların höküməti olacağını qeyd edir.


İran cəmiyyətinin quruluşunu nəzərə aldığımızda bu baxımdan birbaşa azlıqlara yönəlmək heç də uğurlu seçki strategiyası hesab oluna bilməz.

Çünki İranda dini kimlik amili milli kimlik amilindən daha önəmlidir. Məhz bu səbəblə də reformist namizədlərin seçki kampaniyasının uğurlu olacağı şübhəlidir. 

Araz Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bu, komandamıza yaraşan bir hərəkət deyil" - Rəşad Sadıqov

"Bu, komandamıza yaraşan bir hərəkət deyil" - Rəşad Sadıqov

Arıqladıcı dərmanlar xəstəliklər YARADIR

Arıqladıcı dərmanlar xəstəliklər YARADIR

Xalq artisti qızının FOTOLARINI paylaşıb bu sözləri YAZDI

Xalq artisti qızının FOTOLARINI paylaşıb bu sözləri YAZDI

“Neftçi”nin baş məşqçisi vəzifəsinə daha bir NAMİZƏD

“Neftçi”nin baş məşqçisi vəzifəsinə daha bir NAMİZƏD

"Evdə Tək"in aktyorlarının təsirli görüntüləri - VİDEO

"Evdə Tək"in aktyorlarının təsirli görüntüləri - VİDEO

Eltondan qalmaqallı AÇIQLAMA: “Bu, Laləyə ultimatum idi” - VİDEO

Eltondan qalmaqallı AÇIQLAMA: “Bu, Laləyə ultimatum idi” - VİDEO

Azərbaycan və Qambiya arasında ikitərəfli əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ

Azərbaycan və Qambiya arasında ikitərəfli əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ

“Mançester Siti”nin qapıçısı klubdan ayrıla bilər

“Mançester Siti”nin qapıçısı klubdan ayrıla bilər

Putinlə Uitkoffun görüşü 3 saatdan artıqdır DAVAM EDİR

Putinlə Uitkoffun görüşü 3 saatdan artıqdır DAVAM EDİR

Xəzərin sahilində suiti cəsədləri AŞKARLANDI

Xəzərin sahilində suiti cəsədləri AŞKARLANDI

Bakıda məşhur mağazada ər arvadını BIÇAQLADI

Bakıda məşhur mağazada ər arvadını BIÇAQLADI

Efirdə Vüsaləyə evlilik təklifi etdilər - VİDEO

Efirdə Vüsaləyə evlilik təklifi etdilər - VİDEO

"Çempionata köklənməkdən başqa yolumuz yoxdur" - "Neftçi"nin məşqçisi

"Çempionata köklənməkdən başqa yolumuz yoxdur" - "Neftçi"nin məşqçisi

Azərbaycan YUNESKO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə ÜZV SEÇİLDİ

Azərbaycan YUNESKO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə ÜZV SEÇİLDİ

Ürək sağlamlığı üçün ən mükəmməl pəhriz AÇIQLANDI

Ürək sağlamlığı üçün ən mükəmməl pəhriz AÇIQLANDI

Kəlbəcərə güclü qar yağır - VİDEO

Kəlbəcərə güclü qar yağır - VİDEO

Vinisiusun müqavilə danışıqları yenə UZADILDI

Vinisiusun müqavilə danışıqları yenə UZADILDI

“Bayden 350 milyard dolları Ukraynaya konfet kimi paylayıb” - Tramp

“Bayden 350 milyard dolları Ukraynaya konfet kimi paylayıb” - Tramp

İlqar Xəyal verilişlərdəki sirrləri açdı

İlqar Xəyal verilişlərdəki sirrləri açdı

Litvada hərbi xidmət məcburi olacaq

Litvada hərbi xidmət məcburi olacaq

Trampdan İDDİA: “Bitirdiyim bütün müharibələrə görə Nobel mükafatı almalıyam” - VİDEO

Trampdan İDDİA: “Bitirdiyim bütün müharibələrə görə Nobel mükafatı almalıyam” - VİDEO

Restoran "Ukrayna dairəsi"ndəki parkın bir hissəsini terras kimi zəbt edib - İDDİA/VİDEO

Restoran "Ukrayna dairəsi"ndəki parkın bir hissəsini terras kimi zəbt edib - İDDİA/VİDEO

“Zirə” “Neftçi”ni məğlub edib ¼ finala çıxdı - VİDEO

“Zirə” “Neftçi”ni məğlub edib ¼ finala çıxdı - VİDEO

Danimarka Ukraynaya öz ərazisində silah istehsalına İCAZƏ VERDİ

Danimarka Ukraynaya öz ərazisində silah istehsalına İCAZƏ VERDİ

End of content

No more pages to load

RADİO