Bu gün mina basdırmaq üçün Azərbaycanın Laçın rayonu ərazisinə keçən erməni əsgər Artur Katanyan haqda yeni xəbər yayılıb.
Bizim.Media xəbər verir ki, yaşadığı kəndin icma rəhbəri əsgərin Ermənistan ordusunda 3 ildir xidmət etdiyini, subay olduğunu və valideynləri ilə birgə yaşadığını deyib.
Onun sözlərinə görə, Katanyanın sərbəst buraxılması üçün danışıqlar aparılır.
Xatırladaq ki, diversant kimi Azərbaycan ərazisinə soxulan ermənilər danışıqlar yolu ilə buraxılmır, onlar məhkəmə qarşısına çıxarılaraq layiqli cəzalarını alırlar.
Bizim.Media