Mehriban Əliyeva: «Ermənistan kapitulyasiyasını etiraf etdi»

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqa müraciət edib.

Bizim.Media-nın məlumatına görə, müraciətdə deyilir:

“Əziz həmvətənlər!

Bu gün böyük gündür – Qələbə Günüdür!

Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu! Tarixi ədalət bərpa olundu!

Həqiqətən əlamətdar olan bu hadisə münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm!

Ermənistan özünün tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi! Biz öz nəcib xilaskar missiyamızı şərəflə yerinə yetirdik!

Biz öz Vətənimizi qoruduq, əzəli Azərbaycan torpaqlarını işğaldan azad etdik, Azərbaycanın səbirlə gözlədiyi Qələbəni qazandıq!

Biz uzun illər boyu həqiqətin və tarixi ədalətin təntənəsini gözləyirdik. Münaqişənin dinc yolla nizamlanmasına dair danışıqlar prosesində 30 ilə yaxın iştirak etməyimiz bizim sülh tərəfdarı olmağımızın əyani göstəricisidir.

Ermənistan 27 il ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə etinasızlıq göstərib.

Ermənistan tərəfindən törədilən hərbi təxribatlar bitib-tükənmirdi.

Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, o, özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu etdi!    

2020-ci il sentyabrın 27-dən davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etdi.

Azərbaycanın mədəniyyət incisi - Şuşa şəhəri azad ediləndən cəmi bir neçə saat sonra bizim döyüşçülərimiz 72 yaşayış məntəqəsini və 9 strateji yüksəkliyi öz nəzarəti altına almağa nail oldu.

Bu, şübhəsiz, Ermənistanın hərbi və siyasi rəhbərini çıxılmaz vəziyyətə saldı. Bizim ordumuz öz müqəddəs dəyərləri - Vətənimiz, ortaq evimiz uğrunda döyüşürdü və bu müqəddəs mübarizədə dözüb dayandı və qalib gəldi!

Bu anlarda bütün dünya azərbaycanlıları sevinc və qürur hissləri keçirir.

Bizim Prezidentimizə görə, igid əsgərlərimizə və zabitlərimizə görə, Azərbaycan xalqının vətənpərvərliyinə, sıx birliyinə və həmrəyliyinə görə qürur keçirir!

Hər birimiz bizim Prezidentimizə, Ali Baş Komandan İlham Əliyevə hədsiz təşəkkür edirik!

Onun rəhbərliyi ilə müasir, güclü Azərbaycan Ordusu yaradılıb! Məhz onun sarsılmaz iradəsi, cəsarəti, əzmkarlığı və qətiyyəti sayəsində Azərbaycan Ordusu düşməni sarsıtdı, müharibənin nəticəsini müəyyən etdi və qələbə nöqtəsini qoydu.

Prezidentimizin güc mənbəyi olan Azərbaycan xalqının hörməti, sevgisi, etimadı, inamı və dəstəyi ona Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini başa çatdırmaqda kömək etdi.

Onun başçılığı ilə biz xalqımızın özünəinamını qaytaran Qələbəni qazandıq! Bu Qələbənin möhtəşəmliyi Azərbaycan dövlətinin tarixində əbədi qalacaq!

Əziz qardaşlar və bacılar!

Torpaqlarımızın xaincəsinə işğalı illərində olduğu kimi, budəfəki döyüşlər dövründə də faciələr və itkilər oldu. Hərbi əməliyyatlar zonasından uzaqda vəhşicəsinə hücumlar nəticəsində şəhərlərimizin və kəndlərimizin dinc sakinləri həlak oldu. Uşaqlar, qadınlar və ahıl insanlar həlak oldu.

Amma bu, Azərbaycanın əzmini sındırmadı!

Mən həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm!

Onların qanı yerdə qalmadı! Azərbaycan Ordusu, Azərbaycan dövləti bütün həmvətənlərimizin axıdılmış qanına görə qisas aldı!

Vətənimizi müdafiə edən, onu dirçəldən nəslin işıqlı xatirəsi, bu nəslə hörmət və ona görə səmimi qürur hissi hər bir azərbaycanlının qəlbində həmişəlik qalacaq! Bizim əsgər və zabitlərimiz canlarını belə əsirgəmədən döyüşüblər. Onlar nəciblik və həqiqi vətənpərvərlik nümunəsi göstəriblər. Bu gün onların hamısını Vətən naminə, onun qüdrəti naminə göstərdikləri igidliklər birləşdirir!

Biz onların rəşadəti, iradəsi və ruh yüksəkliyi qarşısında, öz mətanəti ilə işğalçını sarsıdan, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən hər kəsin qarşısında baş əyirik!

Adları Azərbaycan dövlətinin tarixinə əbədi olaraq yazılan bu cür igid övladlar böyüdüb tərbiyə etmiş valideynlərin qarşısında baş əyirik! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allah rəhmət eləsin!

Bu müharibə bizə əsrlərboyu bildiyimiz bir həqiqəti - dost dar gündə tanınar həqiqətini bir daha sübut etdi.

Dünyadakı bütün dostlarımıza minnətdaram!

Sağ olsunlar ki, bizim dərdimizə şərik oldular, Azərbaycan xalqını dəstəkləyən prinsipial və ədalətli mövqelərini açıq bildirdilər.

Qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana xüsusi təşəkkürümü bildirirəm.

Onların həmrəyliyi və dəstəyi hər bir azərbaycanlıda qürur hissi oyadır!

Kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkür edirəm.Onların yüksək peşəkarlığı, obyektivliyi, qərəzsizliyi, operativliyi və məsuliyyəti sayəsində bugünkü Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün oldu.

Öz vətənlərinin hüdudlarından kənarda Azərbaycanın mövqeyini müdafiə edən və Ermənistanın işğalçı mahiyyətini beynəlxalq ictimaiyyətə göstərən soydaşlarımız sağ olsunlar!

Arxa cəbhədə bir yumruq kimi birləşərək Azərbaycan dövlətinin qüdrətini və bizim həmrəyliyimizi bütün dünyaya nümayiş etdirmiş bütün Azərbaycan xalqına minnətdaram!

Əziz həmvətənlər!

Sizin hamınızı Böyük Qələbə Günü münasibətilə təbrik edirəm! Böyük zəfər gününüz mübarək! Azərbaycanın şərəf və qüdrət günü mübarək! Qarabağın azad edilməsi günü mübarək!

Biz Qələbə qazandıq! Qarabağ Azərbaycandır!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vüsal Nəsirli qaynını özünə müşavir təyin edib? - AÇIQLAMA

Vüsal Nəsirli qaynını özünə müşavir təyin edib? - AÇIQLAMA

“Qarabağ” Rəşad Sadiqovla yeni müqavilə imzalamaq istəyir

“Qarabağ” Rəşad Sadiqovla yeni müqavilə imzalamaq istəyir

Gəncədə 53 yaşlı ustanın həyatını itirdiyi yerdən GÖRÜNTÜLƏR – FOTO

Gəncədə 53 yaşlı ustanın həyatını itirdiyi yerdən GÖRÜNTÜLƏR – FOTO

“Selena”nın “Nazlı”sı nişanlandı – FOTO

“Selena”nın “Nazlı”sı nişanlandı – FOTO

“Diesel”in yaradıcısı vəfat etdi

“Diesel”in yaradıcısı vəfat etdi

Həm arıqladır, həm gözəlləşdirir

Həm arıqladır, həm gözəlləşdirir

Prezidentin Gürcüstana səfərindən yaddaqalan anlar – VİDEO

Prezidentin Gürcüstana səfərindən yaddaqalan anlar – VİDEO

ABŞ Prezidenti: “İran üçün son tarix sabahdır” – VİDEO

ABŞ Prezidenti: “İran üçün son tarix sabahdır” – VİDEO

Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb

Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb

DİQQƏT! Sabah bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Sabah bu ərazilərdə işıq olmayacaq

3 BÜRC üçün gözlənilməz qazanc qapını döyə bilər

3 BÜRC üçün gözlənilməz qazanc qapını döyə bilər

Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi – QƏRAR

Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi – QƏRAR

Gəncədə 53 yaşlı kişinin ölümü ilə bağlı TƏFƏRRÜAT

Gəncədə 53 yaşlı kişinin ölümü ilə bağlı TƏFƏRRÜAT

Nüşabə Ələsgərli qoşa villalarını GÖSTƏRDİ - VİDEO

Nüşabə Ələsgərli qoşa villalarını GÖSTƏRDİ - VİDEO

Tramp: “İranda yeni rejim əvvəlkilərdən qat-qat ağıllıdır” – VİDEO

Tramp: “İranda yeni rejim əvvəlkilərdən qat-qat ağıllıdır” – VİDEO

Prezidentin Gürcüstana dövlət səfəri başa çatdı – FOTO

Prezidentin Gürcüstana dövlət səfəri başa çatdı – FOTO

Bu şəxslər yüksək ixtisaslı miqrant hesab olunacaq – QƏRAR

Bu şəxslər yüksək ixtisaslı miqrant hesab olunacaq – QƏRAR

Vüsal Nəsirlinin işi çox olacaq... – FOTO

Vüsal Nəsirlinin işi çox olacaq... – FOTO

Gürcüstan XİN başçısı: "İlham Əliyevi Tbilisidə salamlamaq bizim üçün böyük şərəfdir" - FOTO

Gürcüstan XİN başçısı: "İlham Əliyevi Tbilisidə salamlamaq bizim üçün böyük şərəfdir" - FOTO

Tramp: “İran indi bir ay əvvəl olduğu kimi güclü deyil” – VİDEO

Tramp: “İran indi bir ay əvvəl olduğu kimi güclü deyil” – VİDEO

Qusar icra başçısı yağışın fəsadlar törətdiyi ƏRAZİDƏ: Sel sularına düşərək ölən gəncin dəfn mərasiminə qatıldı - FOTO

Qusar icra başçısı yağışın fəsadlar törətdiyi ƏRAZİDƏ: Sel sularına düşərək ölən gəncin dəfn mərasiminə qatıldı - FOTO

"Lucesko ölməyib, vəziyyəti kritikdir" - Ruminiya səfirindən AÇIQLAMA

"Lucesko ölməyib, vəziyyəti kritikdir" - Ruminiya səfirindən AÇIQLAMA

Gələn həftə bəxti açılacaq 5 BÜRC

Gələn həftə bəxti açılacaq 5 BÜRC

Samuxda çayxanada qan töküldü: Dayı bacısı oğlunu bıçaqladı

Samuxda çayxanada qan töküldü: Dayı bacısı oğlunu bıçaqladı

End of content

No more pages to load

RADİO