Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan ölkəsindən Almaniyaya qaçıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ohanyanın vəkili Karen Mejlumyan “Sputnik Ermənistan”a məlumat verib.
O, müvəkkilinin qaçma xəbərini belə təsdiqləyib:
“Müalicə məqsədilə və məhkəmə qərarı ilə ölkəni tərk edib”.
Qeyd edək ki, S.Ohanyan və oğlunun Qarabağda gedən şiddətli döyüşlərin gedişində ağır yaralandığına dair məlumat yayılmışdı.
Xatırladaq ki, keçmiş nazir Ermənistanda 1-2 mart 2008-ci il hadisələri ilə bağlı ittiham olunur. Ohanyana qarşı qabaqlayıcı tədbir olaraq ölkədən xaricə çıxmamaq öhdəliyi qoyulub.
Ohanyan Xocalı faciəsinin təşkilatçılarından, qətliam qatillərindən biridir.
Bizim.Media