“Haber Global” erməni polkovnik Koryun Qumaşyanın Laçın və Kəlbəcər istiqamətində törədilmiş təxribatla bağlı etirafı barədə videomaterial hazırlayıb.
Bizim.Media-nın məlumatına görə, süjetdə qyd edilir ki, erməni kamandiri 17 yük maşını minanı Azərbaycan ərazisində basdırdıqlarını etiraf edib.
Bildirilib ki, düşmən minalanmış ərazilərin xəritələrini vermək üçün “hərbi əsirləri”n qaytarılması ilə bağlı Azərbaycana şərt qoyur. Reportajda Azərbaycanda üçtərəfli bəyanatdan sonra tutulan ermənilərin hərbçi yox, diversantlar olduğu bildirilib.
“Sonuncu diversantlar da məhz ərazidə mina basdırmaq istəyərkən saxlanılıblar”- deyə vurğulanıb.
Daha ətraflı süjeti təqdim edirik:
Bizim.Media