Tehran Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağa dair razılaşmasını alqışlayır.
Bizim.Media xəbər verir ki, bununla bağlı İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi “Twitter”də paylaşım edib.
"İran, Rusiyanın Azərbaycan və Ermənistan arasındakı vasitəçilik rolunu və atəşkəsi alqışlayır. İki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməsi və bütün vətəndaşların hüquqlarını təmin etməsi zərurətini vurğulamağa davam edirik".
O bidirib ki, tərəflər beynəlxalq normalara əməl etsələr, danışıqlar və siyasi yol bu böhrana son qoyar. Vaezi, razılaşmanın həyata keçiriləcəyinə ümidvar olduğunu söyləyib.
Bizim.Media