Ermənistanda parlament binasının qarşısında etiraz aksiyası keçirilir.
Bizim.Media "news.am"a istinadən xəbər verir ki, etirazçılar parlament binası boyu uzanan Baqramyan prospektini bağlayıblar.
Əraziyə çox sayda polis qüvvələri cəlb edilib.
Etirazçılar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmanın ləğvini tələb edirlər.
Qeyd edək ki, gecə bir qrup etirazçı hökumət və parlament binalarına hücum edib, dağıntılar törədib. Parlamentin sədri Ararat Mirzoyan isə etirazçılar tərəfindən döyülüb. O xəsarətlər aldığından xəstəxanaya yerləşdirilib.
Bizim.Media