Rusiya sülhməramlıları artıq Dağlıq Qarabağdadır.
Bizim.Media RİA Novosti-yə istinadla bildirir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat verib.
Məlumatda bildirilir ki, Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ münaqişəsi zonasında yerləşdirilib:
“1960 hərbi, 90 zirehli daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnika. Kontingentin özəyi Mərkəzi Hərbi Dairənin sülhməramlı 15-ci motoatıcı briqadasının bölmələri olacaqdır”- deyə qeyd edilir.
Bildirilib ki, Rusiya Sülhməramlılarının Qarabağa göndərilməsi beynəlxaql hüquq çərçivəsində həyata keçirilib.
Bizim.Media