Paşinyandan erməni hərbçilərinə ƏMR: "Əlinizə nə keçsə, azərbaycanlılara atın” - FOTO

Azərbaycanın Ermənistanla dövlət sərhədinin demarkasiya və delimitasiya prosesi davam edir. Proses həddən artıq gərgin keçir, Ermənistanın yaratdığı və bitmək bilməyən süni problemlərlə müşayiət olunur.

Bizim.Media xəbər verir ki, Ermənistanın hakimiyyət dairələri və Müdafiə Nazirliyi 30 il işğalda olmuş Azərbaycan ərazilərinin azad olunmasına var qüvvələri ilə mane olur, əngəllər yaradır, qarşıdurmalar və müxtəlif beynəlxalq təşkilatlara müraciətlər vasitəsilə sərhədlərin yekun müəyyənləşdirilməsini maksimum uzatmağa çalışır.

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan isə deyəsən, bütün bunları az sayır.

İrəvan mediasının və sosial şəbəkələrdə erməni siyasətçilərin paylaşımlarına görə, N.Paşinyan Ermənistanın Azərbaycanla həmsərhəd Gekarkunik və Sünik bölgələrindəki hərbçilərə absurd "nou-hau" sayıla biləcək əmr verib.

"Əlinizə nə keçirsə, atın, vurun! Əlbayaxa döyüş fəndlərindən istifadə edin!" - əmr bu formadadır.

Ermənistan hərbçiləri də atıcı silahlarla yanaşı, dəmir parçaları, bıçaq, bel və linglərlə "silahlanaraq" sərhəddəki postlarda növbə çəkən Azərbaycan hərbçilərinə və sərhədçilərinə hücum edirlər.

Erməni əsgərlərin dediklərinə görə, onlara belə əmr verilib: "Dedilər ki, azərbaycanlılara hücum edək, dava-dalaş salaq, mümkün qədər çox səs-küy yaradaq".

Marazm bununla bitmir.

Bəlli olub ki, Ermənistan Baş Qərargahının rəis müavini Arşak Karapetyan ölkədəki 20 döyüş idman növləri federasiyalarının rəhbərləri ilə iclas keçirib.

İclasda o, "yaxşı hazırlıqlı və döyüşkən idmançılar"dan ibarət xüsusi qruplar formalaşdıraraq Azərbaycanla sərhədə yollamağı təklif edib: "Paşinyan odlu silahdan istifadəni məsləhət bilmir. Buna görə dava salmalı, azərbaycanlı əsgərlərə problemlər yaratmaq üçün əlimizdən gələni etməliyik".

Bu absurd təklifi federasiya rəhbərlərinin təəccüblə dinlədiyini görən general-leytenant Arşak Karapetyan deyib:

"Narahat olmayın, həmin idmançılar gündə 5 min dram pul alacaqlar".

Gündə 5 min dram, yəni 16,3 manat "maaş" alacaq, əslində isə muzdlu olacaq erməni idmançılardan ibarət qrupların artıq formalaşdırılmağa başlandığı iddia edilir.

Əvvəllər N.Paşinyanın tərəfdarları olan, sonradan Ermənistanın sabiq prezidenti Robert Köçəryanın düşərgəsinə keçərək onun baş nazir olmasını arzuladıqlarını deyənlər hazırda sərhədlərin demarkasiyası problemindən istifadə edərək siyasi və ya maliyyə kapitalı əldə etməyə can atırlar.

Sərhəd bölgələrinə "hazırlıqlı idmançılar"ı yollamaq qərarında olduğunu bəyan edən Ermənistan Müdafiə Nazirliyinin bütün cəhdlərinə rəğmən, ermənilər postlardan qaçırlar, mövqeləri qoyub gedirlər.

Orada qalanlarsa sadəcə, qocalardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Britaniyanın İraqdakı neft bazası belə vuruldu – ANBAAN VİDEO

Britaniyanın İraqdakı neft bazası belə vuruldu – ANBAAN VİDEO

Elnur ölümdən döndü - VİDEO

Elnur ölümdən döndü - VİDEO

Ev almaq istəyənlərə “daşdan keçərli” tövsiyələr - Bu iki üsulla uğurlu seçim edə bilərsiniz

Ev almaq istəyənlərə “daşdan keçərli” tövsiyələr - Bu iki üsulla uğurlu seçim edə bilərsiniz

Rusiyada Azərbacandan gedən sərnişinlərin ərzaqları müsadirə olunur - CƏRİMƏ KƏSİLİR - FOTO

Rusiyada Azərbacandan gedən sərnişinlərin ərzaqları müsadirə olunur - CƏRİMƏ KƏSİLİR - FOTO

SON DƏQİQƏ! Suqovuşanda mina partlayışı – Yaralanan var

SON DƏQİQƏ! Suqovuşanda mina partlayışı – Yaralanan var

"Xoşbəxt olacağıma vəd verdi, bunları ört-basdır etdi"

"Xoşbəxt olacağıma vəd verdi, bunları ört-basdır etdi"

İlon Maskın küsülü olduğu atası Moskvaya köçür

İlon Maskın küsülü olduğu atası Moskvaya köçür

Türkiyə yığması tarixi uğurdan sonra İstanbula döndü - VİDEO

Türkiyə yığması tarixi uğurdan sonra İstanbula döndü - VİDEO

Bakıda cibgirlik edən şəxs saxlanıldı - ANBAAN VİDEO

Bakıda cibgirlik edən şəxs saxlanıldı - ANBAAN VİDEO

Zamiqin Antalyadan FOTOları yayıldı

Zamiqin Antalyadan FOTOları yayıldı

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi

Kürdəmirdə AĞIR QƏZA – Yaralanan var

Kürdəmirdə AĞIR QƏZA – Yaralanan var

Rusiyada matəm: Bayraqlar endirildi – VİDEO

Rusiyada matəm: Bayraqlar endirildi – VİDEO

AFFA "Kəpəz"i cərimələdi

AFFA "Kəpəz"i cərimələdi

İran “gizli kart”ını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün BÖHRAN ANONSU

İran “gizli kart”ını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün BÖHRAN ANONSU

Masazırda yeni inşa olunan YOL ÇÖKDÜ - FOTOFAKT

Masazırda yeni inşa olunan YOL ÇÖKDÜ - FOTOFAKT

“Sumqayıt”ın kapitanı komandadan GEDİR?

“Sumqayıt”ın kapitanı komandadan GEDİR?

Lökbatan–Güzdək yolunda körpü uçdu - VİDEO

Lökbatan–Güzdək yolunda körpü uçdu - VİDEO

Masallıda ailə FACİƏSİ - Baba və nəvəsi yanaraq həlak oldular – FOTO

Masallıda ailə FACİƏSİ - Baba və nəvəsi yanaraq həlak oldular – FOTO

Bu oyunları izləmək üçün gecələr yatmayacağıq

Bu oyunları izləmək üçün gecələr yatmayacağıq

Bakıda tələbə qıza sahibsiz itlər hücum edib - VİDEO

Bakıda tələbə qıza sahibsiz itlər hücum edib - VİDEO

Bu məktəbdə tədris DAYANDIRILDI

Bu məktəbdə tədris DAYANDIRILDI

Bu il uşaqlara daha çox hansı adlar verilib? – Statistika

Bu il uşaqlara daha çox hansı adlar verilib? – Statistika

Rusiya Ukraynanın Luqansk vilayətini tam ƏLƏ keçirdi

Rusiya Ukraynanın Luqansk vilayətini tam ƏLƏ keçirdi

End of content

No more pages to load

RADİO