Bütün ermənilərin katolikosu II Qaregin Azərbaycanın qədim torpağı olan Qarabağa gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı cümə günü Eçmiadzin administrasiyasının mətbuat xidməti yayıb.
Xankəndində o, qondarma rejimin “başçısı” Arayik Arutyunyan ilə bəzi yerləri ziyarət edib.
Bu, II Qareginin hərbi əməliyyatlar bitdikdən sonra Qarabağa ilk səfəridir. Bundan əvvəl o, Zəngəzur mahalını (Sünik vilayəti) ziyarət etmişdi.
Onu Ümumerməni Xeyriyyə Birliyinin rəhbəri Perç Sedrakyan müşayiət edir.
Bizim.Media