Gürcüstanın keçmiş baş naziri, “Gürcüstan naminə” müxalifət partiyasının lideri Giorgi Qaxariya hava limanında silahlı hücuma məruz qalıb.
Bizim.Media xəbər verir ki, Tbilisi Beynəlxalq Hava Limanında bir qrup gənc ona təhqiramiz ifadələr işlədiblər və üzərinə yumurta atıblar.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Bizim.Media