Bütün ermənilərin katolikosu II Qaregin cümə axşamı Ermənistanın Zəngəzur mahalına (Sünik vilayəti) yola düşüb. Bundan sonra Azərbaycanın Qarabağ bölgəsini də ziyarət edəcək.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı katalikosun Eçmiadzindəki ofisinə istinadən yayıb.
Zəngəzura səyahəti zamanı onun Gorusdakı Surb Qrigor Lusavoriç kilsəsində xidməti planlaşdırılır. II Qaregin azərbaycanlıların Şurnuxu kəndində də olacaq.
Onu səfərdə Ümumerməni Xeyriyyə Birliyinin rəhbəri Perç Sedrakyan müşayiət edir.
Bizim.Media