Gürcüstanın paytaxtı Tbilisidə müxalifət yenə mitinqə başlayıb.
Bizim.Media Gürcüstan KİV-nə istinadən xəbər verir ki, yenidən parlament seçkilərinin keçirilməsi və Mərkəzi Seçki Komissiyası sədrinin istefası tələblərinə, polisin ötən gecə mitinq iştirakçılarına qarşı etdiyi hərəkətlərə etiraz da əlavə olunub.
Aksiyanın axşam saat ondan sonra necə davam edəcəyi bəlli deyil.
Qeyd edək ki, koronavirusla əlaqəli vəziyyətin pisləşməsi səbəbindən bazar ertəsindən bəri Gürcüstanın yeddi böyük şəhərində saat 22:00-dan 05:00-a qədər piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulub.
Bizim.Media