“Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında işğal dövründə Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakət faktlarını müəyyənləşdirib”.
Bizim.Media-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
“Çinar və şam meşələri, o cümlədən min illik çinar ağacı məhv edilib. Vəhşi heyvanların da nəsli kəsilib”, - deyə Hikmət Hacıyev qeyd edib.
Bizim.Media