Bu gündən Gürcüstan Azərbaycanla quru sərhəddini açır.
Bizim.Media xəbər verir ki, bu ölkəyə səfər etmək istəyənlər pandemiya ilə bağlı müəyyən prosedurlardan keçməlidirlər.
Belə ki, Gürcüstana daxil olacaq şəxslərdən son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb ediləcək. Sənəd peyvənd edilənlərdən də tələb olunacaq.
Gürcüstanda uzun müddət qalmaq istəsəniz 72 saatın tamamında öz hesabınıza təkrar test yoxlamasından keçməli olacaqsınız. Bunu etməyənlər 2 min lari (614 ABŞ dolları) məbləğində cərimələnəcək.
Əcnəbi vətəndaşlara COVID-19-dan müalicəni nəzərdə tutan tibbi sığorta əldə etmək tövsiyə olunub.
Bizim.Media