Sosial şəbəkələrdə erməni hərbçilərin cəsədlərinin soyuducularda saxlanıldığını göstərən fotoşəkillər yayılıb.
Fotolarda cəsədlərin zirzəmidə polietilen torbalarda saxlanıldığı əksini tapıb.
Bizim.Media-nın məlumatına görə, şəkillər Ermənistan ictimaiyyətində böyük narazılığa səbəb olub.
Ermənistan Səhiyyə Nazirliyi isə sədlərin təhqiramiz şəkildə saxlanması ilə bağlı iddiaları təkzib edib.
Həmçinin internetdə yayılan fotoşəkillərlə bağlı araşdırma başladıldığını açıqlayıb. Qeyd edək ki, ötən gün Ermənistanda etiraz aksiyası keçirən itkin düşən əsgərlərin ailə üzvləri hərbçilərin cəsədlərinin uzun müddət soyuducuda gizlədildiyini iddia etmişdilər.
Bizim.Media


