“Ermənistanın həmin fəaliyyətini ifşa edən rəqəmsal xəritə hazırlanır” - EPF

“Ermənistanın Cənubi Qafqazın ekologiyasını zəhərləyən dağ-mədən sənayesi fəaliyyəti əleyhinə mübarizəyə qalxan QHT-ləri birləşdirən “Environmental Protection First” Koalisiyası 2024-cü ildə azərbaycan, ingilis və erməni dillərində tərtib etdiyi “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritənin bazasında yeni rəqəmsal xəritə işləyir”.

Bizim.Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Koalisiyaya üzv “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov açıqlama verib.

O, deyib ki, rəqəmsal xəritədə faydalı qazıntıların növləri, yerləşdiyi ərazi, əsas çirkləndiricilər olan mineral-xammal müəssisələri, onun istismarını aparan şirkətlər, əsas çirkləndiricilər, ətraf mühitə təsir haqqında məlumat, müəssisələrin yerləşmə yerləri, kosmik şəkillər öz əksini tapacaq:
“Xəritə “WGS-84” koordinat sistemində, altlığı isə kosmik və topoqrafik görüntülü olacaq. Yaxın vaxtlarda ictimaiyyətə təqdim edəcəyik”.

M.Bayramov Ermənistandan törətdiyi ekoloji cinayətlərə görə cavab istəyib:

“Koalisiya üzvlərimiz fəal işləyir, bir gün də olsun, dayanmamışıq. Biz Ermənistan ictimaiyyətindən gizlədilən həqiqətləri də açmışıq. Daxil olan siqnallar göstərir ki, Ermənistanda ötən il internetə yerləşdirdiyimiz erməni dilində “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritə hər yerdən yığışdırılır. Baş verən ekoloji cinayətləri dayandırmaq, faktlara cavab vermək əvəzinə, Ermənistan hakimiyyəti faktları ört-basdır etməyə çalışır, daxildə etiraz edənlərə dərhal “satqın”, “Azərbaycana işləyənlər” damğası vurur. Ermənistanın ixtiyarı yoxdur ki, bütün bölgəni heç bir ekoloji norma və standartlar gözlənilmədən zəhərləsin”.

Xatırladaq ki, “Environmental Protection First” Koalisiyası Ermənistanda dağ-mədən müəssisələrində beynəlxalq qurumlarla birgə ekoloji monitorinqlər keçirməyə şərait yaradılmasını tələb edir. 2023-cü ildən bu barədə dəfələrlə Ermənistanın Baş naziri Nikol Paşinyana müraciətlər edilsə də, o, Azərbaycan vətəndaş cəmiyyətinin tələblərinə hələ də cavab verməkdən yayınır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

End of content

No more pages to load

RADİO