Ermənistanda Spitak şəhərindən 1 km şimalda zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Məlumata görə, İrəvan vaxtı ilə saat 18.31-də 2,1 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Episentrdə yeraltı təkanların gücü 2-3 bal təşkil edib.
Lori rayonunun Spitak şəhəri və Arevaşox kəndində 2-3 bal gücündə zəlzələ hiss olunub.
Bizim.Media