Təklənən Ermənistan – Paşinyan xarici dayaqlarını bir-bir itirir... – TƏHLİL

2025-ci il yeni başlasa da, artıq dünya siyasi arenasında bir sıra yeniliklər baş verib. Bu yeniliklər isə bəzi ölkələrə yaxşı heç nə vəd etməir. Cari ili çətin keçirəcək dövlətlərdən biri də şübhəsiz ki, Ermənistandır. Bu təkcə ölkədəki ağır sosial-iqtisadi durumla və siyasi gərginliklə bağlı deyil. Məsələ daha çox Ermənistanın xarici dəstəklərdən məhrum olması və təklənməsidir.

Məlumdur ki, Ermənistan tarix boyu ayrı-ayrı dövlətlərin maşası olub. Bunun hesabına özünü ayaqda saxlamağa çalışıb. Lakin beynəlxalq arenada baş verən son proseslər Ermənistanı çətin duruma salıb. Ermənilərə havadarlıq edən əksər ölkələrdə ciddi dəyişikliklər baş verib.

Tramp iqtidarında Ermənistanı nə gözləyir?

Məlumdur ki, son 5 ildə rəsmi Vaşinqton Ermənistana xüsusi həsasslıq göstərib. Prezident Co Baydan açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirib. Hətta o çox irəli gedərək 24 apreldəki ənənəvi çıxışında “erməni soyqırımı” ifadəsini işlədib. Halbuki, buna qədər heç bir ABŞ prezidenti bu ifadəni dilə gətirməmişdi. Bundan əlavə, ABŞ-ın qanunverici orqanında da ermənipərəstlərin sayı kəskin artmışdı. Demokrat konqresmen və senatorlar davamlı olaraq Ermənistanın vəkili kimi çıxış edirdilər. Hətta 2023-cü ilin noyabrında Senat rəsmi Vaşinqtonu Azərbaycanla bütün əlaqələri kəsməyə çağırmışdı.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın faşizm SİYASƏTİ – Erməni liderlərinin cinayət ETİRAFLARI – ARAŞDIRMA


Bundan əlavə, ABŞ son 5 ildə Ermənistanda hərbi mövcudluğunu təmin edib. Üstəlik, Ermənistana siyasi və iqtisadi dəstək böyük ölçüdə artıb.

Amma Ağ Evin respublikaçıların sərəncamına verilməsi ilə 2025-ci ildə vəziyyətin böyük ölçüdə dəyişəcəyi gözlənilir. Çünki Baydendən fərqli olaraq, Donald Tramp üçün Ermənistan prioritet məsələ deyil. Əksinə, Tramp bəyan edib ki, xarici ölkələrə maliyyə yardımları dayandırılacaq.

Təbii ki, bu da Ermənistana bir mesaj idi. Digər tərəfdən, Respublikaçılar qanunverici orqanlara seçkilərdə də qələbə qazandılar. Bu da o deməkdir ki, ermənilərin arxalandıqları demokratlar özləri hazırda çətin durumdadır.

Trüdonun gedişi ermənilər üçün “soyuq duş” oldu

Okeanın o tayından söz düşmüşkən, son illərdə Kanadadan Ermənistana çox böyük siyasi və iqtisadi dəstək gəlirdi. Hətta, Kanadanın baş naziri Jastin Trüdo 2018-ci ildə Ermənistana səfərə gəlmişdi. Bu səfər çərçivəsində o ermənipərəst bəyanatlarla çıxış etmişdi.

Nəzərə alaq ki, Kanada ən güclü erməni diasporasının ən güclü olduğu ölkələrdən biridir. Kanadada 60 min erməni yaşayır və ermənilərin ən çox məskunlaşdığı şəhərlər arasında ilk sırada Toronto yer alır. Təkcə Torontoda 21 min erməninın yaşadığı, 16 fərqli erməni fondunun və vəqfinin fəaliyyət göstərdiyi məlumdur.

Maraqlıdır ki, davamlı şəkildə Azərbaycanla bağlı qara piarla məşğul olan “One Free World İnternational” təşkilatının mərkəzi ofisi də məhz Torontoda yerləşir.  

Kanada bir qayda olaraq dövlət və QHT səviyyələrində anti-Azərbaycan bəyanatlarla çıxış edib. Məsələn, Kanadanın xarici işlər naziri Melani Joli 2023-cü ilin sentyabrın 22-də yaydığı bəyanatında Bakının “əsassız hərbi əməliyyatı” nəticəsində 100 mindən artıq erməni sakinin məcburi köçkün düşdüyünü qeyd etmişdi, erməni məhbusların azad edilməsinə çağırmışdı.

Rəsmi Ottava təkcə bəyanatlarla çıxış etmirdi, həm də davamlı şəkildə Ermənistana maliyyə dəstəyi göstərirdi. Amma 2025-ci ilin ilk günlərində ermənipərəst Jastin Trüdonun qəfil istefaya getməsi Ermənistan hökuməti və erməni diasporu üçün ilin ilk böyük şoku olub.

Beləliklə, 2025-ci ildə rəsmi İrəvan və erməni diasporu ABŞ-dakı Demokratlardan sonra Kanada kimi güclü bir dayağını da itirdi.


Bu da son deyil…

Ermənilərin bacılarının yaşadığı Fransada da vəziyyət heç də ürəkaçan deyil. Prezident Emmanuel Makronun səriştəsiz siyasəti Fransanı dalana dirəyib. Avropada və dünyada nüfuzunu sürətlə itirən rəsmi Parisi 2025-ci ildə yaxşı heç nə gözləmir. Ötən ildən başlayan hökumət böhranı bu il də davam edir. Məhz bunun nəticəsidir ki, il başlasa da Fransanın 2025-ci il üçün Dövlət Büdcəsi hələ də təsdiq olunmayıb. Ekspertlərin rəyinə görə büdcə ən yaxşı halda mart ayında qəbul edilə bilər. Ölkədə siyasi böhran da günbəgün dərinləşir. Ona görə də cari ildə başı öz daxili problemlərinə qarışan Fransanın çətin ki, Ermənistan yadına düşsün.

Yada salaq ki, son 5 ildə Fransa bir qayda olaraq Ermənistanın vəkili kimi çıxış edib. Həm Yelisey Sarayı, həm də Milli Assambleyanın yuxarı və aşağı palataları davamlı olaraq Ermənistan mövqeyindən çıxış edib. Hətta Assambleya bir neçə dəfə Qarabağdakı qondarma rejimin müstəqilliyinin tanınması təşəbbüsü ilə çıxış edib. Bundan əlavə, son 3 ildə Fransa Ermənistanda hərbi mövcudluğunu da təmin edib.


Bütün bunlara rəğmən, Afrika və Asiyadakı müstəmləkələrin əldən çıxması və rəsmi Parisin yarıtmaz siyasəti Fransanı çətin duruma salıb. Ona görə də Ermınistanın əsas dayağı olan Fransanı da 2025-ci ildə yaxşı heç nə gözləmir.

Bəşər Əsəd də getdi

Ermənistan 2024-cü ilin sonlarında əsas dayaqlarından birini də Yaxın Şərqdə itirdi. Bəşər Əsəd rejiminin devrilməsi ilə ermənilərin rəsmi Dəməşqin siyasi və iqtisadi dəstəyindən məhrum olub.

Xatırladaq ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında əsasən Suriyadan gələn ermənilərin qanunsuz məskunlaşdırılmasını həyata keçirib. Qarabağda erməni əhalisinin sayını süni şəkildə artırmaq siyasəti nəticəsində işğal altında olmuş ərazilərə Suriyadan minlərlə erməni köçürülüb.
 

Bundan əlavə Suriya zaman-zaman Ermənistana hərbi və siyasi dəstək verib. Bu münasibətlərsə bir çox hallarda etiket və diplomatik qaydaları keçib. Hələ 90-cı illərin əvvəllərində Suriya Ermənistana hər cür dəstək göstərib. Hətta o zaman Suriya prezidenti Hafiz Əsəd Ermənistanın müdafiə naziri olan Vazgen Sarksiyana “Mercedes” firmasının istehsalı olan zirehli “Gallenvagen” hədiyyə edib. Sarkisyan onu bir az sürdükdən sonra gürcü biznesmeni ilə iki tankla dəyişib. Bu tanklar Qarabağda azərbaycanlılara qarşı müharibədə istifadə edilib.


Hafiz Əsəd nə təsadüfdürsə. 1994-cü ildə həmin maşını gürcü biznesmenindən geri alıb, yenidən Sarkisyana hədiyyə edib. İndi bu “Mercedes” qiymətli əsər kimi Ermənistanda muzeydə saxlanılır. Tək bu fakt göstərir ki, Əsəd rejimi Ermənistana nə qədər bağlı olub.

Bundan əlavə, 2011-ci ildə Suriyanın dini icmaları ilə görüşdə Suriyanın baş müftisi Əhməd Bədrəddin Hassun qeyd edib ki, Qarabağ üçün başlıca motivasiya erməni xalqının müstəqillik üçün göstərdiyi azadlıq istəyi, regionun tarixi keçmişi və müharibədə qələbədir:


“Şəxsən mən Qarabağdakı erməni xalqının müstəqillik və azadlıq uğrunda səylərini dəstəkləyirəm. Bir daha qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsinin səbəbi din deyil, erməni xalqının azadlıq istəyidir. Bununla hesablaşmamaq olmaz”. Bəzi məlumatlara görə, Xocalı soqırımında ermənilərdən ibarət Əsədin xüsusi təyinatlı qüvvələri də iştirak edib.

Nikol Paşinyanla Bəşər Əsəd arasında hər zaman çox isti münasibətlər olub. 2021-ci ilin aprelində Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Suriya prezidenti seçilməsi münasibəti ilə Bəşər Əsədi təbrik edən iki-üç dövlət başçısından biri olub. Ona görə də Bəşər Əsəd rejiminin devrilməsi rəsmi İrəvan üçün çox böyük itkidir.

Görünən odur ki, 2025-ci il Ermənistan üçün seçim və qərar anı olacaq.

Dünyanın siyasi xəritəsində qalmaq üçün Ermənistan Qərbən, Şərqdən yox, məhz yaxın qonşularından imdad diləməlidir. Rəsmi İrəvan üçün çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Ancaq bu halda Ermənistan iqtisadi cəhətdən ayaqda qala bilər və ən başlıcası Zəngəzur dəhlizi ilə həm Qərbə, həm də Şərqə çıxmaq şansı qazanar.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

End of content

No more pages to load

RADİO