Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin həlli ilə bağlı Rusiya tərəfindən göndərilən təkliflərin Ermənistan üçün məqbul olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Nikol Paşinyan “Facebook” hesabındakı canlı paylaşımında qeyd edib.
Öz növbəsində Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan da bu təklifləri müsbət qiymətləndirib və Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisindən çıxarılmasının prioritetliyini vurğulayıb.
Paşinyan Rusiyanın strateji tərəfdaş kimi təkliflərinin respublika üçün məqbul olduğunu bildirib.
Bizim.Media