Erməni hərbi cinayətkarların sayı 15 nəfərlə bitmir

Başa çatan həftə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmış, bölücülük və mülki əhalinin amansız qətli ilə müşayiət olunmuş terror əməllərində suçlanan hərbi xuntanın üzvlərinin cinayət işi məhkəməyə göndərilidi.

Toplanmış mötəbər sübutlar əsasında 15 nəfər Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələri tərəfindən törədilən ümumilikdə 2 548 epizod üzrə cinayətdə ittiham olunur.

Baş Prokurorluğun İstintaq idarəsində xalqımıza qarşı törədilən təcavüz aktı, işğal, soyqırımı, sülh və müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi, eləcə də digər çox sayda qanunazidd əməlin törədilməsi faktları ilə bağlı cinayət işinin istintaqı aparılıb. Beləliklə, əlləri xalqımızın qanına batmış canilərin ədalət mühakiməsi qarşısına çıxıb cavab verməsinin vaxtı yetişib...

Bizim.Media xəbər verir ki, bu fikirlər "Kaspi" qəzetinin mövzuya dair hazırladığı məqalədə yer alıb.

Həmin materialı sizə təqdim edirik:

“Ədalətdən yaxa qurtarmaq mümkün deyil

Münaqişənin ilk günündən xalqımıza qarşı cinayət əməllərinə rəhbərlik etmiş bu şəxslər üzərində ədalət məhkəməsinin qurulması Azərbaycanın qazandığı daha bir zəfər - mənəvi qələbədir. Çünki onillər boyu şəhid və itkin düşmüş vətəndaşlarımızın ailələri bu anın gözləntisi ilə yaşayıblar. Qarşıdakı məhkəmə tək xalqımız üçün tarixi proses deyil, həm də ədalətin mütləq zəfər çalacağının dünyaya nümayişidir.

"Sivil" dünya terrorla "mübarizə" adı altında dünyanın dörd bir yanında terrorçu "axtarış"ına çıxıb, ancaq bir xalqa qarşı bilərəkdən sürdürülən cinayət əməllərini, minlərlə mülki insanın qətlini, dörd minədək vətəndaşımız barədə bu günün özündə də məlumatın yoxluğunu görməzdən gəlib. Başı insan haqlarını bayraq edib müstəqil yaşamaq istəyən ölkələrə və xalqlara qarşı qərəz və ikrah doğuran ayırıcı siyasətə qarışmış Qərb dünyasının yüzminlərlə azərbaycanlının illər boyu çadır şəhərciklərində dözülməz şəraitdə, əzab-əziyyətlə yaşamasını fundamental hüquqların pozulması hesab etməyə cəsarəti çatmayıb. Bu gün bu cinayətlərin önündə olmuş həmin şəxslərin çoxsaylı maddələr üzrə ittihamı və tezliklə məhkəmə qarşısına çıxmaları işğal nəticəsində doğma yurdundan didərgin düşmüş, yayın qızmar istisində, qışın dözülməz soyuğunda həmin çadır şəhərciklərində ömür sürmüş, burada vəfat etmiş, yaxud dünyaya gəlmiş hər bir azərbaycanlının mənəvi qələbəsidir.

Cinayətlərini özləri etiraf ediblər

Əslində bu şəxslərin xalqımıza qarşı törətdikləri cinayət və terror əməlləri istintaqsız və məhkəməsiz də şübhə mövzusu ola bilməz. Vətəndaşlarımızın qətli və vətənindən zorla qovulması ilə müşayiət olunmuş bu qanlı siyasət bütün dünyanın gözləri qarşısında baş verib.

Bu vandallıq barədə onlarla məqalə, hesabatlar yayımlanıb, foto və videodəlillər mövcuddur.

Cinayət əməllərini törədənlərə rəhbərlik etmiş hərbi cinayətkarların özləri də bütün bunları etiraf ediblər. Ermənistanın ikinci prezidenti, Azərbaycan ərazisində bölücülüklə məşğul olmuş, terror və cani qruplaşmalarına rəhbərlik etmiş Robert Koçaryanın "insan haqları axtarışı"nda olan Avropa Şurasının Parlament Assambleyasındakı çıxışında törədilənlərə görə fəxarət hissi yaşadığını bəyan etməsini Qərbdəkilər unuda bilər, ancaq biz yaxşı xatırlayırıq.

Xalqımızın qanına susamış Ermənistanın daha bir sabiq prezidenti, azərbaycanlıların soyqırımının fəal iştirakçısı olmuş, separatçılıq yolunda Koçaryanla bərabər addımlamış Serj Sarqsyan verdiyi müsahibələrindən birində Xocalıda soyqırımı törətməkdə əsas məqsədlərinin bizim gözümüzü qorxutmaq, əzmimizi qırmaq olduğunu etiraf etməkdən çəkinmir.

Bu müsahibə britaniyalı araşdırmaçı Tomas de Vaalın "Qarabağ - qara bağ" kitabında dərc edilib.

Azərbaycanın çörəyini yemiş və hansısa səbəbdən azərbaycanlılara qarşı cinayətkar kompleksləri olan bu şəxs cəzalandırılmayacağına o qədər əmin olub ki, nəinki belə bir müsahibə verib, hətta sonra səhvini belə qəbul etməyib, dediklərinin kitabdan çıxarılmasını istəməyib.

Dünyaca məşhur terrorçu, çoxsaylı cinayət əməllərinə rəğmən həbsdən çıxıb Qarabağa gəlmiş, xalqımıza qarşı vəhşilik və zorakı deportasiyanın simvollarından birinə çevrilmiş, Kəlbəcərin işğalına rəhbərlik etmiş beynəlxalq cani Monte Melkonyanın qardaşının xatirə kitabında çoxsaylı belə faktlara rast gəlmək olar.

Mühakimə olunacaq Arayik Arutyunyan Azərbaycan ərazisində yaradılmış qanunsuz hərbi xuntanın başına keçməmişdən əvvəl xalqımıza qarşı işğal müharibəsinin iştirakçılarından biri olub. 44 günlük müharibə günlərində Gəncə, Bərdə və digər şəhərlərimizin uzaqmənzilli raketlərlə bombalanmasına və nəticə etibarilə mülki əhalinin tələfatına əmri şəxsən özünün verdiyini rəsmən bəyan edib. Əgər cinayətlərini özləri etiraf ediblərsə, nədən narazıdırlar?

Erməni diasporunu, pula satılmış senatorları, konqresmenləri, parlamentariləri, "insan hüquqları təşkilatları"nı, rüşvətə bulaşmış keçmiş vəkilləri ayağa qaldırmaqla nəyə nail olmaq istəyirlər?

Cinayətkarların sayı 15 nəfərlə bitmir

Əlbəttə, Azərbaycan xalqına və dövlətinə qarşı terror, aqressiv müharibə, genosid, əhalinin qətli, işgəncə vermə, hərbi talan, terrorçuluğun maliyyələşdirilməsi və sair maddələrlə ittiham olunan şəxslərin siyahısı ədalət mühakiməsinə çıxarılacaq bu 15 nəfərlə bitmir.

Bu gün Ermənistanda daldalanan onlarla qanlı səhra komandirləri var ki, Bakıda məhkəməni gözləyənlərdən az cinayət əməli törətməyiblər. Eyni aqibəti bu və ya digər formada Koçaryanla Sarqsyan da yaşayacaq. Necə ki, illərlə gözlədiyimiz bu istintaq və keçiriləcək məhkəmənin ümidi ilə yaşamışıq, adıçəkilən şəxslərin də eyni şərəfsiz sonuca məhkum olacaqları günün uzaqda olmadığına inanmalıyıq. Erməni xalqı və hökuməti də bütün bunlardan nəticə çıxarmalı və bu şəxslərin əməllərinə qiymət verməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bank kartlarına kiber hücumlar edən şəbəkə üzvləri HAKİM QARŞISINDA

Bank kartlarına kiber hücumlar edən şəbəkə üzvləri HAKİM QARŞISINDA

Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü

Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü

Bakıda bu piyada keçidi BAĞLANACAQ

Bakıda bu piyada keçidi BAĞLANACAQ

Yanğın və partlayışdan sonra hava çirklənməsinin təhlükəsi – Pulmanoloqdan XƏBƏRDARLIQ

Yanğın və partlayışdan sonra hava çirklənməsinin təhlükəsi – Pulmanoloqdan XƏBƏRDARLIQ

“Sanki o, ruslardan maaş alır” - ABŞ-da Uitkoffun istefasını tələb edirlər

“Sanki o, ruslardan maaş alır” - ABŞ-da Uitkoffun istefasını tələb edirlər

Qış Olimpiya Oyunlarının məşəli yandırıldı - VİDEO

Qış Olimpiya Oyunlarının məşəli yandırıldı - VİDEO

Bakıda avtomobili nömrəsiz idarə edən sürücü HƏBS EDİLDİ - VİDEO

Bakıda avtomobili nömrəsiz idarə edən sürücü HƏBS EDİLDİ - VİDEO

Paşinyan Ermənistanın enerji şəbəkələrini türk şirkətinə satır

Paşinyan Ermənistanın enerji şəbəkələrini türk şirkətinə satır

“Neftçi”nin baş məşqçi postuna əsas namizəd BƏLLİ OLDU

“Neftçi”nin baş məşqçi postuna əsas namizəd BƏLLİ OLDU

Məktəblərin fəaliyyətinə QİYMƏT - Valideyn sorğusu başladı

Məktəblərin fəaliyyətinə QİYMƏT - Valideyn sorğusu başladı

Qarabağa qayıdan məcburi köçkünlərə ikiqat çörəkpulu verilirmi? – RƏSMİ CAVAB

Qarabağa qayıdan məcburi köçkünlərə ikiqat çörəkpulu verilirmi? – RƏSMİ CAVAB

Rəsmi Moskva: Ukrayna ilə bağlı heç bir güzəşt olmayacaq

Rəsmi Moskva: Ukrayna ilə bağlı heç bir güzəşt olmayacaq

Bu şəxslərdən qeydiyyat şəhadətnaməsinə görə RÜSUM TUTULACAQ – YENİ QƏRAR

Bu şəxslərdən qeydiyyat şəhadətnaməsinə görə RÜSUM TUTULACAQ – YENİ QƏRAR

Qurban Qurbanov: “Mənə heç yerdə heykəl qoyulmasın” – VİDEO

Qurban Qurbanov: “Mənə heç yerdə heykəl qoyulmasın” – VİDEO

Alen Simonyan: “Faktiki olaraq KTMT-dən çıxmışıq”

Alen Simonyan: “Faktiki olaraq KTMT-dən çıxmışıq”

Bu mövsüm 3 qadın hakimimiz beynəlxalq oyunları idarə edib - RƏSMİ

Bu mövsüm 3 qadın hakimimiz beynəlxalq oyunları idarə edib - RƏSMİ

Şəkidə “Toyota” aşdı – YARALILAR VAR

Şəkidə “Toyota” aşdı – YARALILAR VAR

Narkotik qəbul edib, sükan arxasına keçən şəxs SAXLANILDI

Narkotik qəbul edib, sükan arxasına keçən şəxs SAXLANILDI

Atasının doğum günündə torpağa tapşırılan ŞƏHİD – Kamran Qasımovun HƏYAT HEKAYƏSİ – FOTO

Atasının doğum günündə torpağa tapşırılan ŞƏHİD – Kamran Qasımovun HƏYAT HEKAYƏSİ – FOTO

Bakıda MDB Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclası KEÇİRİLDİ – FOTO

Bakıda MDB Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclası KEÇİRİLDİ – FOTO

75 yaşlı kişini Yevlaxdan Bakıya gətirib dilənçiliyə sövq edən qadın SAXLANILDI

75 yaşlı kişini Yevlaxdan Bakıya gətirib dilənçiliyə sövq edən qadın SAXLANILDI

Honq Konqda güclü yanğın: 4 ölü, 9 yaralı var – ANBAAN VİDEO

Honq Konqda güclü yanğın: 4 ölü, 9 yaralı var – ANBAAN VİDEO

Bakıda prospektdə avtomobil YANDI - FOTO/VİDEO

Bakıda prospektdə avtomobil YANDI - FOTO/VİDEO

Toya uşaq gətirilsinmi? – DEPUTATDAN AÇIQLAMA

Toya uşaq gətirilsinmi? – DEPUTATDAN AÇIQLAMA

End of content

No more pages to load

RADİO