Əsəd DÖVRÜNÜN SONU - Ermənistan yaşamaq uğrunda mübarizədə müttəfiqlərini necə itirir?

Erməni terror maşını ağır, əvəzedilməz itki verdi. Suriya xalqının qanlı diktatoru, eyni zamanda erməni xalqının maraqlarının müdafiəçisi Bəşər Əsəd rejimi uzun və ağır xəstəlikdən sonra 25 yaşında “dünyasını dəyişdi”. Beləliklə, Əsədin simasında Ermənistan Yaxın Şərqdəki ən qızğın müttəfiqlərindən birini itirdi. Bəşərin gedişi ilə Suriyada Əsəd sülaləsinin 54 illik hakimiyyəti sona çatdı.

Bizim.Media xəbər verir ki, bu fikirlər "First News Media"nın hazırladığı materialda yer alıb.

"Ermənistan və Suriya arasında münasibətlər həmişə xüsusi olub, xalqları da bir-birinə rəğbət bəsləyiblər. Bu, hətta Ermənistanın hələ sovet respublikası olduğu və SSRİ-nin dəmir pərdəsi arxasında qaldığı bir vaxtda belə idi. Bu, qismən Suriyada böyük və nüfuzlu erməni diasporunun olması ilə bağlıdır. Bu diaspor öz məlum bacarıqları sayəsində ərəb ölkəsinin yüksək vəzifələrinə yol tapıb, kim lazımdırsa, onunla dostluq əlaqələri qurub.

Sovet rəhbərliyi ermənilərin bu imkanlarından istifadə edərək Yaxın Şərq regionunda öz müvəkkil qüvvələrini, sadə dillə desək, İttifaqdan qidalanan terrorçu qruplaşmaları yaradıb. Bu "işdə" Suriya erməniləri mühüm rol oynadılar. Sovet İttifaqının yaratdığı və bu gün də mövcud olan ən məşhur terror qruplarından biri Kürdüstan Fəhlə Partiyasıdır (PKK). Ona görə də SSRİ-nin dəmir pərdəsi ermənilər üçün o qədər də dəmir deyildi, çünki onların vasitəsilə DTK-nın yaratdığı Yaxın Şərq qrupları ilə daimi əlaqə saxlayır, onların vasitəsilə müxtəlif bölgələrdə sovetlər tərəfindən uğurla istifadə edilən silahlıları maliyyələşdirir və onlara təlim keçirdilər.

Birliyin dağılması ilə Suriya-Ermənistan dostluğu yeni səviyyəyə yüksəldi.

Burada iki ölkə arasında təkcə iki xalqın elan edilmiş “əsrlik qardaşlığı”na deyil, həm də onların birgə qara, daha doğrusu qanlı əməllərinə əsaslanan açıq dövlətlərarası münasibətlər yarandı.

Bu baxımdan əlamətdardır ki, müstəqil Ermənistanın ilk prezidenti Azərbaycanla müharibəyə yeni başladığı anda Suriyanın Hələb şəhərindən olan Levon Ter-Petrosyan idi. Bu fakt özlüyündə simvolik xarakter daşıyır və terror mahiyyətini, Ermənistan-Suriya münasibətlərinin əsasını nümayiş etdirir. Ermənistanın sonrakı prezidentləri - Robert Köçəryan və Serj Sarkisyanın dövründə də bu münasibətlərin mahiyyəti təbii olaraq dəyişmədi, çünki bu şəxslərin özləri Azərbaycan xalqına qarşı terrorun birbaşa iştirakçıları oldular.

Suriya öz növbəsində erməni cinayətlərini ört-basdır etmək və Birinci Qarabağ müharibəsi zamanı erməni terrorçularının Azərbaycan xalqına qarşı törətdikləri faciənin miqyasını bərabərləşdirmək üçün hər cür səy göstərdi. Əsəd hökuməti həmişə birmənalı olaraq ermənipərəst mövqe tutub və Azərbaycana qarşı çıxıb. Suriya İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın maraqlarına zidd olaraq Ermənistanın təcavüzünü və Azərbaycan ərazilərini işğalını pisləyən qətnamələrin qəbuluna mane olmağa çalışıb, bu sənədlərə qoşulmayıb. Bu davranışı iki yırtıcı rejimin bir-birini dəstəkləməsi və qoruması mənasında izah etmək olar. Hər şey məntiqlidir.

Cinayətkar Qarabağ klanını "Ermənistanın siyasi kursu"ndan kənarda qoyan “demokrat”, “insan haqları çempionu” Nikol Paşinyanın Bəşər Əsədin qeyri-insani hökuməti ilə əməkdaşlığı, sələflərinin kursunu davam etdirməsi məntiqə sığmır.

Bəs onda Paşinyanın cəllad Əsədlə hansı ortaq əlaqələri var?

Deməli, yalnız erməni liderinin üstündəki işarə dəyişib, məzmun isə dəyişməz olaraq qalır. Bütün sivil dünya Suriya rəhbərliyini bəşəriyyətə qarşı cinayətlərdə, öz xalqına qarşı işgəncə və kimyəvi silahdan istifadə etməkdə ittiham edərkən, Nikol Paşinyan Bəşər Əsədi 2021-ci il prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Üstəlik, Paşinyan sələflərindən də irəli gedərək, Rusiya kontingentinin tərkibində erməni hərbçilərini Suriyaya göndərdi. Əhəmiyyətli sayda Suriya ermənilərinin yaşadığı Hələbdə minaların təmizlənməsi üçün “humanitar missiya” həyata keçirmək adı ilə... Lakin missiyanın əsl məqsədi Bəşər Əsəd rejiminə dəstək vermək, Suriya hökumət qüvvələrinə yardım göstərməklə onun səlahiyyətlərinin genişləndirilməsini təmin etmək olub.
 

Bu artıq insanlıqdan yox, daha çox anti-humanizmdən gedir, çünki “adamyeyən” rejimin həyat qabiliyyətini təmin etməkdə humanist heç nə yoxdur. Pafosu bir kənara qoyub iki ölkənin terror əlaqələrini xatırlasaq, hər şey öz yerinə düşər. Yaradılmasında və fəaliyyətində ermənilərin fəal rol oynadığı, Bəşər Əsədin Türkiyəyə və onun daxili düşmənlərinə qarşı xidmətlərindən istifadə etdiyi yuxarıda qeyd olunan PKK-dan başqa Nubar Ozanyanın adını daşıyan batalyonu da qeyd etmək olar.


Bu, 2019-cu ildə Suriyada yaradılan erməni terrorçu birləşməsidir. Adını eyni PKK üzvü, məşhur erməni terrorçusu Nubar Ozanyanın şərəfinə qoyublar. Qrup PKK-nın qolu olan kürd terror qruplaşmaları ilə sıx əlaqədədir. Bu batalyonun fəaliyyətini Suriya, İran və Ermənistan arasında daha geniş qarşılıqlı fəaliyyət şəbəkəsi ilə əlaqələndirən bəzi sübutlar var. Bu qarşılıqlı fəaliyyət çərçivəsində Suriya tərəfi Ermənistana silah və sursat ötürüb, Ozanyanın batalyonu isə logistik əməliyyatlarda vasitəçi və iştirakçı rolunu oynayıb.

Beləliklə, Paşinyan hökumətinin müxtəlif geosiyasi qütblər arasında manevr etmək istəyi onun yalnız strateji zəifliyini vurğulayır. Qərbyönlü olduğunu iddia edən Ermənistan Suriya və İran kimi Yaxın Şərqdəki anti-Qərb rejimləri ilə sıx əlaqələrdən çəkinmir. Lakin uzun illər Ermənistanı dəstəkləyən Bəşər Əsəd rejiminin süqutu bu cür ittifaqların kövrəkliyini və düşünülməmiş xarakterini açıq şəkildə nümayiş etdirdi. Sürətlə dəyişən dünya düzəni şəraitində müxtəlif güc mərkəzləri arasında tarazlıq saxlayan Ermənistan geosiyasi boşluqda qalmaq riski ilə üzləşir. Bu da onun gələcəyi üçün ciddi çağırışa çevriləcək", - məqalədə qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda 1,7 milyonluq əmlak HƏRRACA ÇIXARILDI - FOTO

Bakıda 1,7 milyonluq əmlak HƏRRACA ÇIXARILDI - FOTO

Meteohəssas insanların NƏZƏRİNƏ!

Meteohəssas insanların NƏZƏRİNƏ!

Erməni hərbçinin cəsədi TAPILDI - GÜLLƏLƏNİB

Erməni hərbçinin cəsədi TAPILDI - GÜLLƏLƏNİB

Tərtər hadisələrində ölən polkovnikin övladlarına 20 min veriləcək

Tərtər hadisələrində ölən polkovnikin övladlarına 20 min veriləcək

SON DƏQİQƏ! Dörd məhkum Ermənistana təhvil verildi – ADLAR

SON DƏQİQƏ! Dörd məhkum Ermənistana təhvil verildi – ADLAR

Qusarda Vətən müharibəsinin qəhrəman şəhidinin xatirəsi yad edilib – FOTO

Qusarda Vətən müharibəsinin qəhrəman şəhidinin xatirəsi yad edilib – FOTO

Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadıldı

Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadıldı

Kafe və restoran sahiblərinə BƏD XƏBƏR

Kafe və restoran sahiblərinə BƏD XƏBƏR

Məktəb direktoru avtomobillə piyadanı vurdu – VƏZİYYƏTİ AĞIRDIR

Məktəb direktoru avtomobillə piyadanı vurdu – VƏZİYYƏTİ AĞIRDIR

Ötən ay bahalaşan və ucuzlaşan məhsullar – İNFOQRAFİKA

Ötən ay bahalaşan və ucuzlaşan məhsullar – İNFOQRAFİKA

“Fənərbağça”ya bu futbolçu üçün 20 milyonluq TƏKLİF GƏLDİ

“Fənərbağça”ya bu futbolçu üçün 20 milyonluq TƏKLİF GƏLDİ

"Milyonçu deyiləm ki, sizə pul verim" – FOTO

"Milyonçu deyiləm ki, sizə pul verim" – FOTO

Bakıda ana QIZINI BIÇAQLADI

Bakıda ana QIZINI BIÇAQLADI

Vətəndaşlara XƏBƏRDARLIQ: Ünvanlı yardım verilməsinə dair saxta məlumatlar yayılır - FOTO

Vətəndaşlara XƏBƏRDARLIQ: Ünvanlı yardım verilməsinə dair saxta məlumatlar yayılır - FOTO

Kıvanç Tatlıtuğ hər bölümdən 4 milyon qazanacaq

Kıvanç Tatlıtuğ hər bölümdən 4 milyon qazanacaq

Azərbaycanda özəl məktəblərin əlyandıran qiymətləri - SİYAHI

Azərbaycanda özəl məktəblərin əlyandıran qiymətləri - SİYAHI

Mərhum meyxanaçının dəbdəbəli villası SATILIR - VİDEO

Mərhum meyxanaçının dəbdəbəli villası SATILIR - VİDEO

"Beniz"in cinayət işini aparan müstəntiq vəzifəsindən azad edildi

"Beniz"in cinayət işini aparan müstəntiq vəzifəsindən azad edildi

Kanadada İran bayrağını qaldıran şəxs saxlanıldı – VİDEO

Kanadada İran bayrağını qaldıran şəxs saxlanıldı – VİDEO

Hikmət Hacıyev Qazaxıstan səfiri ilə GÖRÜŞDÜ - FOTO

Hikmət Hacıyev Qazaxıstan səfiri ilə GÖRÜŞDÜ - FOTO

Hesablama Palatası:"Qarabağda tikinti layihələrində artıq xərclər ixtisar edilib"

Hesablama Palatası:"Qarabağda tikinti layihələrində artıq xərclər ixtisar edilib"

Laçında ata mülkünə köçən ailə indi də obyekti istəyir – VİDEO

Laçında ata mülkünə köçən ailə indi də obyekti istəyir – VİDEO

Xoşqədəm Hidayətqızından Rəqsanəyə CAVAB: “Ata-anamın yasına gəlmişdi ki, nəsə umur?!” - VİDEO

Xoşqədəm Hidayətqızından Rəqsanəyə CAVAB: “Ata-anamın yasına gəlmişdi ki, nəsə umur?!” - VİDEO

“Şamaxinka”da YENİLİK - Hərəkət belə tənzimlənəcək – VİDEO

“Şamaxinka”da YENİLİK - Hərəkət belə tənzimlənəcək – VİDEO

End of content

No more pages to load

RADİO