Ermənistan-Azərbaycan sərhədi ərazisində 2,4 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 22:41-də Cermuk şəhərindən 23 km şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə, episentrdə gücü 3 bal olub.
Zəlzələ Jermuk, Yeqqnadzor şəhərləri və Vayots Dzor bölgəsinin Qaraqlux, Yeqhegis və Germon kəndlərində 2-3 bal gücündə hiss olunub.
Bizim.Media