Gürcüstanda polis müxalifət partiyasının liderini saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Axali” (“Dəyişikliklər Koalisiyası”) müxalifət partiyasının liderlərindən biri olan Nika Qvaramiyan saxlanılıb.
O eyni zamanda Gürcüstanın müxalif “Mtavari” telekanalının təsisçisidir. Həmçinin DİN müxalifət partiyalarının ofislərində axtarışlar aparır.
Bizim.Media