Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı Ermənistanın KTMT ilə dialoqu bitməyib.
Bizim.Media xəbər verir ki, bunu spiker Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.
“Ermənistanın ikitərəfli və çoxtərəfli bir sıra razılaşmaları var və müttəfiqlərimizin öz öhdəliklərini yerinə yetirməyəcəyini düşünmək lazım deyil”, deyə o, əlavə edib.
Mirzoyan təxminən bir həftə əvvəl Moskvada rusiyalı həmkarı, Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşdüyünü və söhbətə Ermənistan parlamentinin digər deputatlarının da qatıldığını xatırlayıb:
“Bütün məsələlər üzrə dialoq səmimi və konstruktiv oldu”.
"Qanunvericilik orqanı əsas müttəfiqimiz Rusiya ilə birgə işləyir. Ümumiyyətlə, Ermənistanın ərazi bütövlüyünü ən qısa müddətdə bərpa edilməlidir. Təəssüf ki, bu kimi mürəkkəb məsələlər həmişə ildırım sürəti ilə həll olunmur, soyuqqanlılıq və uzunmüddətli iş daha təsirli ola bilər”, deyə Mirzoyan vurğulayıb.
Bizim.Media