Ermənistan ayın sonunda Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
O bildirib ki, lakin İrəvan nəzərdə tutulan sənədlərin qəbuluna etiraz etməyib.
Qeyd edək ki, KTMT-nin sammiti noyabrın 28-də Astanada keçiriləcək.
Bizim.Media