“Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində müəyyən müsbət irəliləyişlər var”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib.
O qeyd edib ki, sülh əldə edildikdən sonra İrəvan və Bakı beynəlxalq məhkəmələrdə qarşılıqlı iddialardan imtina edə bilər.
Avropalı müşahidəçilərin iştirak etməməsinə gəlincə, Paşinyan bildirib ki, Ermənistan Azərbaycana Aİ-nin mülki missiyasının sərhədin delimitasiya ediləcək hissələrində fəaliyyət göstərməməsini təklif edib.
Bizim.Media