"Bizi eskalasiyaya sürükləməyə çalışan Amerikadan mahiyyətcə heç nə qalmayacaq. Nə Bayden, nə də Tramp olacaq".
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev "Rossia 1" telekanalının canlı efirində Amerikanın uzaqmənzilli ATACMS raketləri ilə Rusiya ərazisinə zərbə endirmək icazəsini şərh edərkən səsləndirib.
O, ABŞ-ı 95 faiz ümumi ziyan vurmaqla hədələyib.
“Bu gün biz Britaniya və Fransanın bütün nüvə potensialını birdəfəlik zərbə ilə məhv etməyə tam hazırıq. Bu, ABŞ-ı Rusiyanı vurmaqdan çəkindirmək üçün çox yaxşı variantlardan biri olacaq”, - deyə deputat əlavə edib.
Bizim.Media