İranın Qərbi Azərbaycan vilayətində 3 terrorçu qruplaşma zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, məlumatı vilayətin kəşfiyyat idarəsi yayıb.
Terrorçu qruplar qanunsuz yollarla İrana daxil olub və müxtəlif yerlərdə aksiyalar törətməyi planlaşdırıblar. Onların İŞİD radikal dini qruplaşmanın mənsubları olduğu bildirilib.
Həbs olunanlar var. İstintaq aparılır və onların İrandakı əlaqələri müəyyən edilir.
Bizim.Media