“Erməni soyqırımı” məsələsi bağlanıb.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan XİN başçısı Ararat Mirzoyan parlamentdə çıxışında bildirib.
Nazirin sözlərinə görə, onun tanınması rəsmi İrəvanın xarici siyasətində prioritet deyil.
Qeyd edək ki, 1915-ci ildə Osmanlı imperiyasına qarşı üsyan qaldırıb, qətliamlar törədən ermənilər imperiyanın cənub ərazilərinə köçürülüblər. Ermənistan və erməni lobbisi uzun illər bu hadisələrin “soyqırımı” olduğu ilə bağlı saxta təbliğat aparıblar.
Bizim.Media