Ermənistan və Azərbaycanın yalnız sülh müqaviləsi mətninin bir və ya iki maddəsi ilə razılaşması qalıb.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan XİN başçısı Ararat Mirzoyan parlamentdə büdcə müzakirələri zamanı çıxış edərkən deyib.
“Mən ehtiyatlı nikbinliyimi bildirəcəm ki, yaxın vaxtlarda bir və ya iki maddə ətrafında razılığa gələ biləcəyik, ondan sonra sülh sazişi imzalanmağa hazır olacaq”.
Bizim.Media