Xəbər verdiyimiz kimi, "3+3" platformasının növbəti toplantısı İstanbulda keçiriləcək. Bu barədə informasiyanı Türkiyənin xarici işlər naziri Hakan Fidan yayıb. Onun sözlərinə görə, tədbirə Azərbaycan, Ermənistan, Rusiya və İran XİN rəhbərləri də qatılacaq.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı İrəvandan rəsmi açıqlama gəlib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan "Sputnik Ermənistan"a nazir Ararat Mirzoyanın tədbirdə iştirak edəcəyini təsdiqlətib.
Xatırladaq ki, "3+3" tədbiri oktyabrın 18-də baş tutacaq.
Bizim.Media