“Sülhün kəsişməsi” YENİDƏN GÜNDƏMDƏ – Paşinyan vaxt udmaq üçün bu yola da ƏL ATDI...

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının toplantısı fonunda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə ona “sülhün kəsişməsi” layihəsinin təfərrüatlarını təqdim edib.

"Baş nazir “Sülhün kəsişməsi” broşürünü Rusiya prezidentinə təqdim edib. O, həmçinin bəzi Rusiya rəsmilərinin regional məsələlərlə bağlı istifadə etdiyi ifadələr və lüğətdən narahatlığını ifadə edib. Ermənistan Respublikası hökumətinin regional kommunikasiyalarla bağlı çıxışı qapalı və açıq formatda eynidir", - Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib.

Qeyd edək ki, Paşinyan bir ildən çoxdur ki, “sülhün kəsişməsi” layihəsini təqdim edib. Lakin bu istiqamətdə hələ də real addımlar atılmayıb. Bu isə həmin layihənin gerçəkləşəcəyinə həm Ermənistanda, həm də xaricdə inamın olmamasında irəli gəlir. Bu layihənin mahiyyəti Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında regional kommunikasiyalardan, avtomobil və dəmir yollarından istifadə etməkdən ibarətdir.

Paşinyanın iddiasına görə, bu layihə Xəzər dənizini Aralıq dənizi ilə, Fars körfəzini Qara dənizlə birləşdirən ən qısa və ən səmərəli dəmir yolu və avtomobil marşrutuna çevriləcək. Hətta o bəyan edir ki, “sülhün kəsişməsi” ideyası Ermənistan hökumətinin həyata keçirmək niyyətində olduğu regional sülh gündəliyinin tərkib hissəsidir.

Görəsən, Paşinyanın yenidən gündəmə gətirdiyi “sülhün kəsişməsi” proyekti nədir

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu bildirir ki, Zəngəzur dəhlizinin açılmasının qarşısının alınması Ermənistanın özbaşına davranışının nəticəsi deyil:
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın sülh TƏLƏSKƏNLİYİ – Nikolun “yarımçıq saziş” arzusunun PƏRDƏARXASI -TƏHLİL


“Bildiyiniz kimi, 2020-ci ilin noyabrın 10-da üçtərəfli birgə bəyanat imzalandı. Bu Ermənistan üçün kapitulyasiya sənədi idi. Sənədin 9-cu bəndində aydın şəkildə göstərilir ki, Azərbaycanın əsas hissəsilə Naxçıvan MR arasında nəqliyyat əlaqəsi yaradılmalıdır. Bu dəhliz üzərində nəzarəti isə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti həyata keçirməlidir.

İrəvan görünür zaman udmaq üçün sənədə imza atıb. Sonra isə Naxçıvanla Azərbaycan arasında nəqliyyat dəhlizinin yaradılmasına qarşı çıxdı. Burada başlıca məqsədləri də dəhlizə nəzarətin Rusiyanın əlində olmaması ilə bağlı idi. İrəvan bunu da kənaran aldığı təlimatlar əsasında edib. Bu mənada Zəngəzur dəhlizinin açılmasının qarşısının alınması Ermənistanın özbaşına davranışının nəticəsi deyil.

Ardınca erməni baş nazir belə bir nəqliyyat dəhlizinin açılmalı olduğunu da inkar etdi və “sülh qovşağı” fikrini irəli sürdü. Paşinyan qeyd etdi ki, hər bir ölkə öz ərazisindən keçən kommunikasiyalar üzərində suveren yurisdiksiyaya sahib olmalıdır. Burada da əsas məqsəd Rusiya amili ilə bağlı idi”.  

Həmsöhbətimiz deyir ki, İrəvan Zəngəzur dəhlizi məsələsi üzərindən Azərbaycanı şantaj etməyə çalışırdı:

“Belə olan halda Bakı İran ərazisindən keçməklə Azərbaycanın əsas hissəsilə Naxçıvanı birləşdirəcək dəhlizlə bağlı Tehranla razılığa gəldi. O zaman İrəvan anladı ki, Bakını şantaj etmək imkanından məhrum olub. Ermənistan dəhliz üzərində kiminsə nəzarətinin olmamasını istəyir. Amma bunun özü də İrəvanın səmimi olmadığını göstərir. Qərb rəsmiləri deyir ki, dəhliz üzərində beynəlxalq nəzarət mexanizmi olmalıdır. Bunu deyəndə onlar Qərb institutlarının nəzarətini nəzərdə tutur”.

Bu isə ekspertin fikrincə, Qərbə regiona müdaxilə üçün əlavə imkanlar verə bilər:

“O baxımdan hesab edirəm ki, Ermənistanın bütün bu davranışlarının nəyə hesablandığı barədə Azərbaycanda aydın təsəvvürlər var. Ermənistan Qərbin geosiyasi maraqlarının alətinə çevrilib. Buna qarşı da region ölkələrinin vahid mövqeyi mövcuddur. Bu da ondan ibarətdir ki, regional sülh və təhlükəsizlik üçün Cənubi Qafqaza kənar müdaxilələrin qarşısı alınmalıdır.

Bir sözlə, Paşinyanın irəli sürdüyü “sülh qovşağı” ideyası da Qərbin maraqlarına xidmət edir. Ona görə də Paşinyanın təklifi region dövlətlərini düşündürür. Azərbaycan regionda sülh və təhlükəsizliyə təhdid yaradacaq istənilən hərəkətlənmənin qarşısını almaqdadır və alacaq. Azərbaycanın haqlı mövqeləri bundan sonra da qalib gələcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mehriban Əliyeva: “Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin” – FOTO

Mehriban Əliyeva: “Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin” – FOTO

Flik Qavinin milliyə çağrılmasına QƏZƏBLƏNDİ

Flik Qavinin milliyə çağrılmasına QƏZƏBLƏNDİ

Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu - VİDEO

Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu - VİDEO

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

End of content

No more pages to load

RADİO