“Ermənistan tərəfi oktyabrın 7-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında qəbul edilmiş “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında” bəyanatın layihəsinin hazırlanmasında iştirak etsə də, sonradan sənədi imzalamadı”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinq zamanı deyib.
Zaxarova qeyd edib ki, İrəvan mətnlə bağlı təkliflər versə də, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yekun sənədi imzalamayıb.
Bizim.Media