“Qarabağ heç vaxt Ermənistanın olmayıb”.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu erməni mənşəli rusiyalı kinorejissor Karen Şahnazarov deyib.
O, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünə toxunduğunu bildirib:
“Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğalın əbədi davam edə biləcəyi barədə illüziya Ermənistan rəhbərliyini aldadıb. Ermənistan gələcəkdə Dağlıq Qarabağda qisas alma ehtimalını istisna edəcək bir sülh müqaviləsi bağlamalıdır”.
Bizim.Media