İcma Aİ-nin Ermənistandakı missiyası ilə bağlı qeyri-konstruktiv bəyanatını PİSLƏDİ

Qərbi Azərbaycan İcması olaraq, Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi Peter Stanonun Ermənistanın silahlandırılmasına və Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) fəaliyyətinə haqq qazandıran qeyri-konstruktiv bəyanatını qətiyyətlə pisləyirik.

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Qeyd olunub ki, sərhəd məsələlərini əhatə edən bir missiya olan EUMA-nın digər sərhəd ölkəsi ilə koordinasiya edilmədən genişləndirilməsi və mandatının uzadılması qeyri-dost addımıdır.

“Bundan əlavə, missiya etnik azərbaycanlılara qarşı ayrı-seçkilik, qərəz və etinasızlıq nümayiş etdirib. Belə ki, missiyanın mandatında münaqişənin sərhəd bölgələrində yaşayan insanların vəziyyətinə təsirini araşdırmaq məsələsinin qeyd edilməsinə və dəfələrlə müvafiq müraciətlər göndərməyimizə baxmayaraq, EUMA müntəzəm patrul etdiyi Ermənistanın sərhəd bölgələrindən qovulmuş azərbaycanlıların taleyinə biganə qalmışdır.

Hərbiləşdirmə məsələsinə gəldikdə isə vurğulayaq ki, həm Aİ, həm də onun üzv dövlətləri, ilk növbədə, Fransa Ermənistanın genişmiqyaslı silahlandırılmasını həyata keçirir. Aİ-nin Avropa Sülh Fondu vasitəsilə və digər yollarla etdiyi hərbi, maliyyə, inkişaf və iqtisadi yardımlar Ermənistanın Azərbaycanda on milyardlarla ABŞ dolları məbləğində dağıntılara səbəb olmuş təcavüzkar hərəkətlərinin mükafatlandırılması və onun Azərbaycana qarşı yeni hücumlara təhrik edilməsi kimi qiymətləndirilməlidir. Aİ-nin Azərbaycana mina təmizlənməsi ilə bağlı etdiyi cüzi miqdarda yardım isə Ermənistanın hərbiləşdirilməsinə edilən yardımın balansı kimi qələmə verilə bilməz.

Hamıya məlumdur ki, Ermənistan azacıq da olsa hərbi üstünlük hiss edən kimi, hərbi təcavüzə əl atır. Bu baxımdan, revanşist meyillərin güclü olduğu və təcavüzkar tarixçəyə malik Ermənistanın silahlandırılması suveren seçim kimi qiymətləndirilə və Azərbaycanın qanuni müdafiə tədbirləri ilə müqayisə oluna bilməz.

Buna görə də biz Aİ-dən geosiyasi ayırıcı xətləri regiona gətirməməyi, Ermənistanın militarizmini gücləndirməyə son qoymasını və əvəzində Ermənistanın təcavüzünün dağıdıcı nəticələrinin aradan qaldırılması üçün Azərbaycana yardım göstərməsini tələb edirik”, - deyə İcmanın bəyanatında vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Əllərindən hər iş gələn BÜRCLƏR

Əllərindən hər iş gələn BÜRCLƏR

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

4 tanınmış telefon markası tarix olur

4 tanınmış telefon markası tarix olur

“Barselona” Netonu transfer etmək istəyir

“Barselona” Netonu transfer etmək istəyir

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

End of content

No more pages to load

RADİO