BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən İran prezidenti Məsud Pezeşkianın dünən Azərbaycan dilində danışması türk jurnalistlərin diqqətini çəkib.
Bizim.Media xəbər verir ki, bununla bağlı, Əmirrza Şokuh adlı media istifadəçisi “X” hesabında paylaşım edərək yazıb:
“Pezeşkianın Nyu-Yorkdakı "Türk Evi"nə girəndə jurnalistlərdən birinə cavab olaraq “Sağ ol” deməsi türkiyəli jurnalistləri təəccübləndirib və onlardan biri “Eşitdiniz, eşitdiniz, İran prezidenti “sağ ol” dedi” deyərək təkrarlayıb.
Cavabında başqa bir türk jurnalist isə onun Azərbaycan türkü olduğunu bildirib”.
Bizim.Media