Türkiyədə son 24 saat ərzində koronavirus infeksiyasından 232 nəfər dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 43 821 nəfərə çatıb.
Ölkədə 13 029 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 072 462 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 35 167 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 801 291 nəfər təşkil edir.
Bizim.Media