Amerika səfirliyi ABŞ-ın Gürcüstanla yaxşı münasibətlər qurmaq istədiyinə dair bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, bu barədə gürcü mətbuatı məlumat yayıb.
Bəyanata əsasən, iki ölkə arasındakı münasibətlərin normallaşması istiqamətində ilk addımı, Vaşinqtonun fikrincə, Gürcüstan hökuməti atmalıdır.
Gürcüstanın baş naziri İrakli Kobaxidze isə fərqli fikirdədir. O hesab edir ki, Birləşmiş Ştatlar münasibətləri bərpa etməyə və ədalətli olmağa başlamaq üçün tonunu dəyişməli, şantaj və təhdid dilindən əl çəkməlidir.
Bizim.Media