Yaxın Şərqdə hansı ölkələrə “torba tikilir?” – İsraillə İranın eyni qapıya oynamasının PƏRDƏARXASI

HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən 2 həftə keçib. Amma bu sui-qəsdə cavab olaraq rəsmi Tehran heç bir qəti addım atmayıb. Halbuki, bəzi ekspertlər iddia edirdi ki, İranın qisas əməliyyatı çox ağır olacaq. Görünən odur ki, İran İsraillə söz savaşına daha çox üstünlük verir. Hər hansı bir hərbi və yaxud lokal qisas əməliyyatı hələki gündəmdə deyil.

Maraqlıdır ki, İsrail də İrana qarşı hər hansı bir hərbi əməliyyat planlaşdırmır. İsmayıl Haniyənin öldürülməsi ilə sanki əsas məqsədə nail olunub. Bu mənada İsrailin İrana qarşı qəti addım atacağı heç də inandırıcı görünmür.
 

MÖVZU İLƏ BAĞLI:

İranın İsrailə cavab verməkdən başqa çarəsi yoxdur - RƏSMİ TEHRAN


Aysberqin görünməyən üzü

Əslində İsrail-İran “qarşıdurması” çox böyük planın yalnız görünən hissəsidir. 45 ildir ki, İran İsraili, İsrailsə İranı yer üzündən siləcəyi ilə hədələyir. Lakin ötən müddətdə bu iki dövlət arasında birbaşa heç bir hərbi münaqişə baş verməyib. Yəqin ki, heç zaman da bu münaqişə olmayacaq. Bu iki “mehriban düşmən” ancaq söz savaşı aparacaq. Çünki həm İran, həm də İsrail eyni mərkəzdən idarə olunur. Ona görə də onların mübarizəsi söz savaşından o yana keçmir. 

İsmayıl Haniyənin öldürülməsi planı çox dəqiqliklə işlənib hazırlanmışdı. Hətta elə təsəvvür yaranır ki, HƏMAS liderinin yataq otağını da İranın xüsusi xidmət orqanları İsrailə dəqiqlikə ötürüb. 

Əgər İsrailin əlində bu qədər dəqiq məlumatlar varsa onda Təl-Əviv İranı daha sərt şəkildə niyə cəzalandırmır?

Deməli, hədəf İranı cəzalandırmaq deyil. Hədəf eyni qapıya oynamaqdır. Və razılaşdırılmış oyunda yeni qurbanlar tapmaqdır. 

Yeni qurban hansı ölkə ola bilər?

Belə çıxır ki, həm İran, həm də İsrail bir-birinə zərər vermək üçün yox, sadəcə gündəm formalaşdırmaq üçün bu tip “hücumlar” təşkil edir. Hərbidən az-çox başı çıxan adam bilir ki, heç bir qüvvə qarşı tərəfə hücumla bağlı məlumat ötürmür. Hücum planı gizli saxlanılır. Amma son 15 gündə İsrail-İran qarşıdurmasında biz hansısa sirr görmürük. Hər iki tərəf danışır, ortada isə heç nə yoxdur.

Bu da onu göstərir ki, həm İsrail, həm də İran kimlərinsə ssenarisi və göstərişi ilə ortaya düşüb, gündəm yaratmaq istəyir. Əslində o “kimsə” də məlumdur. Bu fövqəlgüc ABŞ-dır. Səbəbsə məlumdur. Amerikalılar zaman-zaman dünyanın müxtəlif regionlarında münaqişə törədirlər. Sonra da həmin münaqişə ətrafında uzun müddətli çirkin planlar qurub münaqişə tərəflərinin maddi-mənəvi sərvətlərini daşıyıb okeanın o tayına aparırlar.

ABŞ Yaxın Şərqdə nə planlayır?

Yaxın Şərq hər zaman dünyanın ən həssas bölgəsi olub. Bu bölgə bir növ ipi çəkilmiş bombaya bənzəyir. Sanki hansısa anda partlayacaq. Amma ABŞ istəmədikcə Yaxın Şərqdə böyük müharibə ola bilməz. Ona görə də hazırda İsraillə İranın məqsədi bir-biri ilə vuruşmaq deyil. Məqsəd odur ki, iki ölkə arasında olan bir çox dövlətlər süni şəkildə yaradılan münaqişələrə cəlb edilsin. Bu ölkələr sırasına 10-a qədər ərəb dövləti və Türkiyə daxildir. 

Çünki Türkiyə kimi BƏƏ, Küveyt, Səudiyyə Ərəbistanı, Qətər və digər ölkələr son dönəmdə iqdisadi cəhətdən xeyli gücləniblər. Artan iqtisadi gücsə ən azından regional güc formalaşdırır. ABŞ da məhz bu regional gücləri sıradan çıxarmaq üçün Yaxın Şərqdə böyük müharibə başlatmaq istəyir.

Nəzərə alaq ki, son zamanlar Türkiyə İsrailə qarşı sərt mövqe nümayiş etdirir. Hətta bəzi türkiyəli rəsmilər İsrailə ordu yeridə biləcəklərini demişdi. Əslində, Vaşinqtonun da tam istədiyi budur. Çünki ABŞ Türkiyəni müharibə bataqlığına çəkməklə onu beynalxalq aktor rolunu zəiflətmək niyyətindədir.


ABŞ Türkiyə ilə yanaşı BƏƏ, Səudiyyə Ərəbistanı. Qətər və digər imkanlı ərəb dövlətini də Yaxın Şərqdəki münaqişəyə cəlb eləmək istəyir. Lakin Türkiyədən fərqli olaraq əksər ərəb dövlətləri məsələyə loyal yanaşırlar. Hətta İordaniya ötən gün bəyanat verdi ki, İsrail İrana hücum etsə, ona öz ölkəsinin hava məkanından istifadəyə icazə verəcək. 

Amma ABŞ çalışır ki, ərəb ölkələri hansısa əsasla mövcud münaqişəyə cəlb edilsin. Beləcə, çox böyük iqtisadi imkanlara və zəngin karbohidrogen ehtiyatlarına sahib ölkələr amansız müharibənin ortasına düşsün. Bundan sonra da həmin ölkələri müharibə cəhənnəmindən qurtarmaq üçün ABŞ öz şərtlərini irəli sürəcək. Bu şərtlərlə razılaşan ölkələr tədricən oyundan çıxarılacaq. ABŞ-a əzələ göstərmək istəyən ölkələr isə müharibə əzabları ilə baş-başa qalacaq.

Müharibə olmaya da bilər.

Bu hal da istisna edilmir. Əgər adını çəkdiyimiz və çəkmədiyimiz ölkələr yaxın zamanda Ağ Evlə gizli sövdələşməyə getsə, Yaxın Şərqdə müharibə başlamayacaq. Ən azından bu plan müəyyən müddətə təxirə salınacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Artetadan Xabi Alonsonun gedişinə MÜNASİBƏT

Artetadan Xabi Alonsonun gedişinə MÜNASİBƏT

Günün qoroskopu: Yeni gəlir mənbəyi ilə bağlı xəbər ala bilərsiniz

Günün qoroskopu: Yeni gəlir mənbəyi ilə bağlı xəbər ala bilərsiniz

22 dövlət orqanında mövcud olan 54 vakant vəzifə daxili müsahibəyə ÇIXARILDI

22 dövlət orqanında mövcud olan 54 vakant vəzifə daxili müsahibəyə ÇIXARILDI

“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?

“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?

Xərçəngə qarşı, immunitet gücləndirici, vitamin rekordçusu - Bolqar bibərinin hansı rəngi güclüdür?

Xərçəngə qarşı, immunitet gücləndirici, vitamin rekordçusu - Bolqar bibərinin hansı rəngi güclüdür?

Afrika Kubokunda GƏRGİN ANLAR: Salah hər kəsi qəzəbləndirdi

Afrika Kubokunda GƏRGİN ANLAR: Salah hər kəsi qəzəbləndirdi

"Ağ zolaq" BAŞLAYIR: Yanvarın ortalarında şanslı olacaq bürclər

"Ağ zolaq" BAŞLAYIR: Yanvarın ortalarında şanslı olacaq bürclər

Füzulidə şirniyyat sexində nöqsanlar aşkarlandı - FOTO

Füzulidə şirniyyat sexində nöqsanlar aşkarlandı - FOTO

Tunis millisi yeni baş məşqçisini AÇIQLADI

Tunis millisi yeni baş məşqçisini AÇIQLADI

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Naxçıvanda iki türkiyəli tələbə dəm qazından zəhərlənərək ölüb

Naxçıvanda iki türkiyəli tələbə dəm qazından zəhərlənərək ölüb

“Tottenhem” İngiltərə millisinin üzvünü transfer etdi

“Tottenhem” İngiltərə millisinin üzvünü transfer etdi

Şəkidə minik avtomobili YANDI

Şəkidə minik avtomobili YANDI

Norveç Trampın təhdidləri fonunda Qrenlandiyaya iki hərbçi GÖNDƏRƏCƏK

Norveç Trampın təhdidləri fonunda Qrenlandiyaya iki hərbçi GÖNDƏRƏCƏK

“Beşiktaş”dan 10 milyonluq TƏKLİF

“Beşiktaş”dan 10 milyonluq TƏKLİF

32 saylı bağçada yeməklər valideynlər tərəfindən hazırlanır? - VİDEO

32 saylı bağçada yeməklər valideynlər tərəfindən hazırlanır? - VİDEO

ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə raket gəmiləri və sualtı qayıq göndərib

ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə raket gəmiləri və sualtı qayıq göndərib

"Liverpul" onun üçün sərvət ödəməyə HAZIRDIR

"Liverpul" onun üçün sərvət ödəməyə HAZIRDIR

Elşəndən Azərlə bağlı PAYLAŞIM - FOTO

Elşəndən Azərlə bağlı PAYLAŞIM - FOTO

Qəzzadakı münaqişənin başa çatdırılması üzrə Trampın planının ikinci mərhələsi BAŞLADI

Qəzzadakı münaqişənin başa çatdırılması üzrə Trampın planının ikinci mərhələsi BAŞLADI

Azərbaycana qarşı cinayət törətmiş xunta rəhbərlərinin Ermənistana təhvil verilməsi ehtimalı yoxdur

Azərbaycana qarşı cinayət törətmiş xunta rəhbərlərinin Ermənistana təhvil verilməsi ehtimalı yoxdur

“Qarabağ”ın növbəti oyunlarının vaxtı AÇIQLANDI

“Qarabağ”ın növbəti oyunlarının vaxtı AÇIQLANDI

ABŞ-ın viza verilişini dayandırdığı ölkələrin siyahısında Azərbaycan da var - FOTO

ABŞ-ın viza verilişini dayandırdığı ölkələrin siyahısında Azərbaycan da var - FOTO

Rəqsanədən Xoşqədəmə cavab - VİDEO

Rəqsanədən Xoşqədəmə cavab - VİDEO

End of content

No more pages to load

RADİO