İran hələ də “Zəngəzur dəhlizi” ideyasının Ermənistanın maraqlarına cavab vermədiyi qənaətindədir.
Bizim.Media İSNA agentliyinə istinadən xəbər verir ki, bunu İranın ali lideri Əli Xamenei Tehranda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.
Xamenei Ermənistanın ərazi bütövlüyünün vacibliyini vurğulayıb və qeyd edib ki, Ermənistan-İran münasibətləri digər ölkələrin siyasətindən asılı olmayaraq, qarşılıqlı maraqlar əsasında inkişaf edəcək. O, həmçinin əlavə edib ki, xarici dövlətlər qonşu dövlətlər arasında münasibətlərə qarışmamalıdır.
Qeyd edək ki, Nikol Paşinyan İrana yeni prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün gəlib.
İranda prezident İbrahim Rəisinin mayın 19-da faciəli ölümündən sonra növbədənkənar seçkilər keçirilib.
Bizim.Media