“İnanıram ki, erməni tərəfi və xüsusən də ictimaiyyətimiz bütün bunlardan sonra qorxulardan qurtulmalı və Qarabağ məsələsinə yüksək həssaslıq göstərməməlidir”.
Bizim.Media xəbər verir ki, bunu hakim "Mənim addımım" blokundan olan deputat Viktor Yengibaryan Ermənistan parlamentinin 7 may tarixli iclasında, 44 günlük müharibədən sonra Qarabağ ətrafında baş verənlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, siyasi qüvvələr insanların hissləri ilə oynamağı dayandırmalıdır:
"Bu, çox incə bir məsələdir və siyasi qüvvələr bunu manipulyasiya etdikdə məlum olur ki, hamımızın bu məsələyə belə həssas münasibəti daha rasional siyasət yürütməyimizə mane olur".
Bizim.Media