Ermənistanın Qazaxla sərhəddə yerləşən Tavuş rayonunun Kirants kəndində traktor minaya düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində kənd sakini xəsarət alıb. O, İcevan şəhər xəstəxanasına çatdırılıb. Onun vəziyyətini həkimlər qənaətbəxş kimi qiymətləndiriblər.
Traktor isə tamamilə sıradan çıxıb.
Qeyd edilib ki, texnika transsərhəd mühəndislik işlərinə cəlb edilibmiş.
Bizim.Media