“ABŞ Ermənistanı Cənubi Qafqazda “troya atı”na çevirmək istəyir”- İqor Korotçenkodan ÖZƏL MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi İrəvanda Ermənistanla ABŞ-ın birgə keçirdiyi “Eagle Partner 2024” hərbi təlimləri başlayıb. İyulun 24-nə qədər davam edəcək təlimdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, eləcə də ABŞ-ın Avropa və Afrikadakı Quru Qoşunlarının və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcək. 

Təbii ki, hərbi təlimlərin sülhməramlı məqsəd daşıdığı deyilsə də, hədəf başqadır. Hədəf Cənubi Qafqazda yeni güc balansı formalaşdırmaqdır.

Məsələ ilə bağlı Bizim.Media Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenkodan özəl müsahibə alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Korotçenkodan XƏBƏRDARLIQ: “Qərb Ermənistanı təxribatlara hazırlayır”


Həmin müsahibəni təqdim edirik:

- İqor Yuriyeviç “Eagle Partner 2024” hərbi təlimləri Sizcə nəyin nəsidir?

- Ermənistan-ABŞ birgə hərbi təlimlərinin keçirilməsində məqsəd bu ölkəni Vaşinqtonun sözəbaxan “kiçik qardaş”ına çevirməkdir. Hərbi təlimlərin sülhməramlı məqsədi ilə keçirildiyi deyilsə də, əslində ABŞ və Ermənistan silahlı qüvvələri arasında operativ və birbaşa əlaqələrin qurulmasına xidmət edir. Təbii ki, belə hədəfə bir və ya bir neçə ayda çatmaq olmaz. Bununla belə Vaşinqton özünü Ermənistanda görmək istəyir. Bunun üçün də hakimiyyətinin təminatı üçün istənilən sövdələşməyə hazır olan Nikol Paşinyandan yararlanılır. Ona görə də hazırkı təlimlər əslində böyük proseslərin başlanğıcıdır.

- Sonrakı addım nə ola bilər?

- ABŞ və Qərb Ermənistanı Cənubi Qafqazda “troya atı”na çevirmək istəyir. Vaşinqtonun Ermənistanla bağlı konkret planları var. Bu planın ilkin mərhələsi ondan ibarətdir ki, Ermənistan Rusiyadan birdəfəlik qoparılsın. Ona görə də rəsmi İrəvana təzyiqlər edilir ki, Ermənistan KTMT-dən çıxsın. Nəzərə alaq ki, formal da olsa, Ermənistan KTMT-də fəaliyyətini dondurub və qurumun heç bir tədbirinə qatılmır. Üstəlik, Ermənistan quruma üzvlük haqqı ödəməkdən də imtina edib. Ona görə də hadisələrin sonu Ermənistanın KTMT-dən ayrılmasına hesablanıb.

- Ermənistanın KTMT-dən çıxması nə deməkdir?

- Ermənistanın KTMT-dən çıxması o deməkdir ki, bu Rusiyanın Ermənistandakı hərbi bazalarının çıxarılmasına yol açır. Bundan sonra isə Fransanın və yaxud da ABŞ-ın hərbi bazası Ermənistanda peyda olur. Ola bilsin ki, bu iki ölkənin hərbi bazaları eyni anda Ermənistanda peyda olsun. Təbii ki, belə bir hadisə olacağı təqdirdə Vaşinqton və Paris davamlı olaraq İrəvana necə hərəkət etməli olacağını diqtə edəcək. Bu isə Cənubi Qafqazda yeni gündəm yaratmaq anlamına gəlir. Təbii ki, bu da region ölkələrinin Azərbaycan, Rusiya, Türkiyə, İran və hətta Gürcüstanın geosiyasi maraqlarına ziddir”.

- Bəs, bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

- Çalışmaq lazımdır ki, Ermənistanın ABŞ-la münasibətləri daha çox distant xarakterli olsun. Çünki, ABŞ-ın Ermənistan üzərindən Cənubi Qafqaza girməsi yeni münaqişələri qaçılmaz edəcək. Münaqişənin ikinci tərəfininsə Azərbaycan, Rusiya, Türkiyə və yaxud İran olacağını indidən proqnozlaşdırmaq çox çətindir. Ona görə də Ermənistanın ABŞ-ın Cənubi Qafqazdakı “troya atı”na çevrilməsinə imkan vermək olmaz”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

End of content

No more pages to load

RADİO