Ermənistanıın Qarakilsə (Sisyan) rayonunda yerləşən hərbi hissəyə mülki şəxslər hücum ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.
Mənbə yazır ki, keçid məntəqəsinin qapısında onlar iki hərbçini döyüblər və qaz tapançasından havaya atəş açıblar.
Bildirilir ki, həmin şəxslərin məqsədi əsgər olan tanışları ilə bağlı bəzi məsələləri aydınlaşdırmaq olub. Hadisə ilə bağlı 3 nəfər həbs edilib.
Bizim.Media