İranda KRİTİK GÜN – Qonşu ölkənin yeni prezidenti KİM OLACAQ?

Bu gün İranda növbədənkənar Prezident seçkiləridir. Seçkiyə 6 namizəd buraxılıb. Bunlar İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf, Tehranın meri Əlirza Zəkani, İran Ali Rəhbərinin İran İslam Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, keçmiş ədliyyə və daxili işlər naziri Mustafa Purməhəmmədi, azərbaycanlı deputat Məsud Pezeşkian və İranın hazırkı vitse-prezidenti Əmir Hüseyn Qazizadə Haşimidir.

Lakin Tehran meri Əlirza Zəkanı seçkilərə bir gün qalmış namizədliyini geri götürüb.

Bu namizədlərdən görəsən kimin qalib gəlmək şansı daha çoxdur? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, seçkinin nəticəsini Xameneyinin adamları sayacaqsa, farslardan biri seçiləcək. Proses demokratik keçiriləcəyi təqdirdə isə Məsud Pezeşkian qalib gələcək: 

“İranda keçiriləcək seçkilər qeyri-müəyyəndir. Seçkinin nəticəsini dəqiq söyləmək çətindir. Çünki İranda bu məsələdə nəticəni kim sayır məsələsi əsasdır. Əslində azəri kökənli Məsud Pezeşkiannın qalib gəlmək şansı daha çoxdur. Molla rejimi daha çox insanı seçkiyə cəlb etmək, dünyaya seçkinin demokratik keçirildiyi görüntüsünü yaratmaq üçün azərbaycanlı namizədi də prosesə buraxıb. Bu mənada Pezeşkianın qalib gəlməsinə əngəl olmaq üçün rejim çalışacaq ki, seçkini saxtalaşdırsın. 

Lakin buna getsələr, İran növbəti vətəndaş müharibəsinə gedəcək və bu həmin ölkənin sonu olacaq. Pezeşkian alimdir, parlamentdə də öz sözünü deyir. Yəni kifayət qədər tanınmış şəxsiyyətdir. Xameneyiyə isə bu cür füqurlar sərf etmir. O çalışacaq ki, fars namizədlərdən biri seçilsin”. 

Bütün hallarda həmsöhbətimiz qeyd edir ki, seçkidən sonra İranı böyük problemlər gözləyir: 

“Rusiya da İranı cəzalandırmaq istəyir. İran mətbuatının yazdığına görə, hansısa ərəb ölkəsi vasitəsilə Tehran İsrail və ABŞ-la münasibət qurub”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah 20 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq – PROQNOZ

Sabah 20 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq – PROQNOZ

Ali Məhkəmə iş adamı barədə bəraət hökmünü qüvvədə saxladı - FOTO

Ali Məhkəmə iş adamı barədə bəraət hökmünü qüvvədə saxladı - FOTO

Təqaüdə çıxmadan pensiya kapitalından istifadə mümkün olacaq? – RƏSMİ AÇIQLAMA

Təqaüdə çıxmadan pensiya kapitalından istifadə mümkün olacaq? – RƏSMİ AÇIQLAMA

Gəncə və Şəmkir ərazisində Qərb Sənaye Parkı yaradılır – FƏRMAN

Gəncə və Şəmkir ərazisində Qərb Sənaye Parkı yaradılır – FƏRMAN

Ağsuda əməliyyat: Tutulanlar var – FOTO/VİDEO

Ağsuda əməliyyat: Tutulanlar var – FOTO/VİDEO

Sosial yardımlarla bağlı ŞAD XƏBƏR

Sosial yardımlarla bağlı ŞAD XƏBƏR

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Çimnaz Quliyeva vəfat etdi - FOTO

Çimnaz Quliyeva vəfat etdi - FOTO

Pensiyalar bu qədər ARTACAQ – DSMF sədrindən AÇIQLAMA

Pensiyalar bu qədər ARTACAQ – DSMF sədrindən AÇIQLAMA

Müğənninin həyat yoldaşı ona həmkarı ilə XƏYANƏT EDİB - VİDEO

Müğənninin həyat yoldaşı ona həmkarı ilə XƏYANƏT EDİB - VİDEO

Safaridə 2 türk vətəndaşının öldürüldüyü hücumdan sağ çıxan şahid danışdı – FOTO

Safaridə 2 türk vətəndaşının öldürüldüyü hücumdan sağ çıxan şahid danışdı – FOTO

Felipe Santos “Araz Naxçıvan”ı TƏRK EDİR?

Felipe Santos “Araz Naxçıvan”ı TƏRK EDİR?

Dövlət orqanlarında çalışanların NƏZƏRİNƏ

Dövlət orqanlarında çalışanların NƏZƏRİNƏ

Tramp Rza Pəhləvidən danışdı: “Hələ tezdir, araşdırırıq!”

Tramp Rza Pəhləvidən danışdı: “Hələ tezdir, araşdırırıq!”

Əhməd İsmayılov: “Mediada ədəbi dilimizin norma və prinsiplərinin qorunması bizim üçün aktualdır”

Əhməd İsmayılov: “Mediada ədəbi dilimizin norma və prinsiplərinin qorunması bizim üçün aktualdır”

Ukrayna müharibəsində daha 5 soydaşımız həlak oldu - FOTO

Ukrayna müharibəsində daha 5 soydaşımız həlak oldu - FOTO

Azərbaycanda pensiyaçıların sayı AÇIQLANDI

Azərbaycanda pensiyaçıların sayı AÇIQLANDI

Muğanlı-İsmayıllı yolu qardan belə təmizlənir - VİDEO

Muğanlı-İsmayıllı yolu qardan belə təmizlənir - VİDEO

Bu şəxslərin pensiyası 578 manat oldu – RƏSMİ

Bu şəxslərin pensiyası 578 manat oldu – RƏSMİ

Rafael Qvaladze vəfat etdi

Rafael Qvaladze vəfat etdi

Eldar Eyvazov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Eldar Eyvazov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Bakının icra hakimiyyətlərində bu şöbələr LƏĞV EDİLDİ – SİYAHI

Bakının icra hakimiyyətlərində bu şöbələr LƏĞV EDİLDİ – SİYAHI

Avropa İttifaqından Azərbaycanın 4 ermənini təhvil verməsinə REAKSİYA - FOTO

Avropa İttifaqından Azərbaycanın 4 ermənini təhvil verməsinə REAKSİYA - FOTO

Naxçıvan əhalisinin sayı açıqlandı

Naxçıvan əhalisinin sayı açıqlandı

End of content

No more pages to load

RADİO